Bölməsi: Marketing və İctimaiyyətlə Əlaqələr şöbəsi
Birbaşa tabe olduğu instansiya: Baş Direktor
Bilavasitə tabe olduğu instansiya: Baş Direktorun müavini
Rəhbərin baxması üçun daxil olan korrespondensiyanı qəbul edir, qəbul edilmiş qərara uyğun olaraq onu iş prosesində istifadə edilməsi, yaxud cavab hazırlanması üçün struktur bölmələrinə və ya konkret icracılara verir.
Karguzarlığı aparır, qərarların hazırlanması və qəbul edilməsi zamanı məlumatların toplanılması, işlənilməsi və təqdim olunması üçün kompüter texnikasını tətbiq etməklə müxtəlif əməliyyatları yerinə yetirir.
Cəmiyyətin rəhbərinin imzalaması üçün sənədləri və şəxsi ərizələri qəbul edir.
Rəhbərin işi üçün zəruri olan sənədləri və materialları hazırlayır.
Rəhbərin telefon danışıqları aparmasını təmin edir, onun yerində olmadığı halda alınmış məlumatları qeyd edir və ona çatdırır.
Rəhbərin tapşırığı ilə məktubları, sorğuları və digər sənədləri tərtib edir, məktub müəlliflərinə cavabları hazırlayır.
Rəhbər tərəfindən aparılan iclasların və müşavirələrin hazırlanması üzrə işi (zəruri materialların toplanılması, iştirakcıların tədbirin keçirilmə vaxtı və yeri, gündəliyi və qeydiyyat barədə məlumatlandırılması) yerinə yetirir, iclasların və müşavirələrin protokollarını rəsmiləşdirir.
Qonaqların qəbulunu təşkil edir, işçilərin xahiş və təkliflərinə baxılmasının operativliyinə kömək edir.
Təsdiq edilmiş nomenklaturaya uyğun olaraq işləri formalaşdırır, onların saxlanılmasını və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təmin edir.
Ehtiyac olduqda sürətçıxarma aparatı vasitəsi ilə sənədlərin sürətini çıxarır və ya skan edir .
Cəmiyyətə daxil olan zəngləri qəbul edir, yönləndirir və ya cavablandırır.
Rəhbər ilə razılaşdırılmaqla bütün dəftərxana ləvazimatları və zəruri avadanlıqların alışını təmin edir.
Xüsusi tələblər
Cəmiyyətin fəaliyyətinə dair qərar, sərəncam, əmr və rəhbər materialları, normativ sənədləri və karguzarlığın aparılmasını;
Cəmiyyətin və onun bölmələrinin strukturunu və rəhbər heyətini;
Karguzarlığın təşkilini, arxiv işini;
Sənədlərin işlənilməsi və rəsmiləşdirilməsi metodlarını;
Nümunəvi formalardan istifadə etməklə işgüzar məktubların çap edilməsi qaydalarını;
İşgüzar ünsiyyət qaydalarını bilməlidir.
Təhsil:Bakalavr və ya orta ixtisas təhsili
İş təcrübəsi:minimum 1 il
Dil bilikləri: Azərbaycan və Rus dili səlis,İngilis dili arzuolunandır.