Prefabrik dəmir beton məmulatlarının təhlükəsizliyə və standartlara əməl etməklə istehsalı,daşınması və montajını təşkil etmək;
Hər detala uyğun olaraq passportlaşma aparmaqla betonun markasının yoxlanılmasını təmin etmək;
Avadanlıqların və nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək; avadanlıqlara və nəqliyyat vasitələrinə baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
İstehsal ediləcək məhsulların normalarının işlənib hazırlanması və avtomatlaşdırılmış istehsal prosesini təşkil etmək;
Avadanlıqların və nəqliyyat vasitələrinin işini yaxşılaşdıran səmərələşdirici təkliflər vermək, onların tətbiqinə kömək etmək;
İdarəetmə mexanizmləri həyata keçirilməsinə rəhbərlik edir;
Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlayır.