Sektorun fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
Sektora həvalə olunmuş vəzifə və funksiyaların yerinə yetirilməsini təmin etmək;
Sektorun əməkdaşları arasında iş bölgüsü aparmaq, onların fəsliyyətini əlaqələndirmək, əmək və icra intizamına riayət edilməsinə nəzarət etmək və onların davranışlarının etik davranış qaydalarına uyğunluğunu təhlil etmək;
nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, qeydiyyata alınmış nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə nəzarəti təşkil etmək;
nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqələrinin verilməsinə (dəyişdirilməsinə) nəzarəti təşkil etmək;
Sektorun fəaliyyət istiqamətləri üzrə rayonlarda mütəmadi monitorinqlərin keçirilməsini təşkil etmək;
Sahə üzrə normativ hüquqi aktların, əmr, sərəncam və qərar layihələrinin hazırlanmasında iştirak etmək və bu barədə təkliflər vermək;
Sektorun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsini təmin etmək;
sektor üzrə iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və müzakirə edilməli məsələlərə dair rəhbərliyə təkliflər vermək;
Rəhbərliyin digər xidməti tapşırıqlarını yerinə yetirmək və aidiyyəti məsələlərlə bağlı vətəndaşların qəbulunu həyata keçirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: maşın mühəndisliyi, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, mexanika mühəndisliyi, aqromühəndislik ixtisasları üzrə ali təhsil
İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə
Xarici dil biliklərinə dair tələblər: yoxdur
Müsahibədə iştirak etmək hüququ verən sertifikatAC4