Sektor müdiri Bitkiçilik sektoru (Cəlilabad)

Cəlilabad

Kənd Təsərrüfatı Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Sektorun səlahiyyətinə aid olan məsələlərin həllini təmin etmək, sektorda çalışan işçilər arasında vəzifə bölgüsünü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək və icra intizamına riayət etmələrinə nəzarət etmək;
  • Rayonda (şəhərdə) yeni bitki sortlarının yetişdirilməsi, yayılması üçün tədbirlər görmək və bitkiçiliyin intensiv inkişafının təmin edilməsi ilə bağlı tədbirlərdə iştirak etmək;
  • Yeni texnologiyaların bitkiçilikdə tətbiq edilməsi, aqrar sahədə yeni istehsal  və emal sahələrinin yaradılması ilə bağlı araşdırmalar aparmaq, araşdırmaların nəticələrinə uyğun olaraq təkliflər vermək;
  • Kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi, onların mineral gübrələrə, kənd təsərrüfatı texnikalarına olan ehtiyaclarının öyrənilməsi və qanunvericiliklə müəyyən edilmiş güzəştlərdən istifadə edə bilmələri üçün tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Rayonda (şəhərdə) fitosanitar tədbirlərin həyata keçirilməsində, kənd təsərrüfatı məhsullarının sərgi və satış yarmarkalarının təşkilində iştirak etmək;
  • Səlahiyyəti daxilində sektora daxil olan ərizə,təklif və şikayətləri araşdıraraq cavablandırmaq;
  • Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək.\
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: torpaqşünaslıq və aqrokimya , aqronomluq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat AC4

Telegram kanalımız