- Sektorun səlahiyyətinə aid olan məsələlərin həllini təmin etmək, sektorda çalışan işçilər arasında vəzifə bölgüsünü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək və icra intizamına riayət etmələrinə nəzarət etmək;
- Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, onların məhsuldarlığının yüksəldilməsi, damazlıq işinin təşkili ilə bağlı mütəxəssis məsləhətləri vermək və tövsiyələr hazırlamaq;
- Mal-qaranın, balıq və quşların xəstəliklərdən qorunması üçün epizootiya əleyhinə, sanitariya, profilaktik və digər baytarlıq tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
- Heyvandarlıqla məşğul olan sahibkarlar arasında damazlıq işinin əsasını təşkil edən suni mayalamanın əhəmiyyəti barədə məlumatlar vermək;
- Damazlıq heyvandarlığa dair sərgi-satış yarmarkalarının və heyvanların cins tərkibinin yaxşılaşdırılması, o cümlədən damazlıq heyvanların artırılması ilə bağlı həyata keçirilən tədbirlərin təşkilinə köməklik göstərmək;
- Mərkəzin elektron informasiya ehtiyatında heyvandarlıq bölməsinin yaradılmasında və onun daimi yenilənməsində iştirak etmək;
- Kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi, onların mineral gübrələrə, kənd təsərrüfatı texnikalarına olan ehtiyaclarının öyrənilməsi və qanunvericiliklə müəyyən edilmiş güzəştlərdən istifadə edə bilmələri üçün tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- Rayonda (şəhərdə) yeni bitki sortlarının yetişdirilməsi, yayılması üçün tədbirlər görmək və bitkiçiliyin intensiv inkişafının təmin edilməsi ilə bağlı tədbirlərdə iştirak etmək;
- Yeni texnologiyaların bitkiçilikdə tətbiq edilməsi, aqrar sahədə yeni istehsal və emal sahələrinin yaradılması ilə bağlı araşdırmalar aparmaq, araşdırmaların nəticələrinə uyğun olaraq təkliflər vermək;
- Rayonda (şəhərdə) fitosanitar tədbirlərin həyata keçirilməsində, kənd təsərrüfatı məhsullarının sərgi və satış yarmarkalarının təşkilində iştirak etmək;
- Səlahiyyəti daxilində sektora daxil olan ərizə,təklif və şikayətləri araşdıraraq cavablandırmaq;
- Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;