Yerli bölmənin rəhbərin müavini (Xaçmaz)

Xaçmaz

Qida Təhlükəsizliyi Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bölmənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
  • Bölmənin struktur bölmələri və əməkdaşları arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək və icra intizamına riayət etmələrinə nəzarət etmək;
  • Bölməyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalamaq, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
  • Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhvedilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı ilə bağlı qərarlar vermək;
  • Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların geri çağırılması, yığışdırılması, Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası, məhv edilməsi və birbaşa təyinatı üzrə təkrar dövriyyəyə buraxılması barədə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada qərar qəbul etmək, habelə icrasına nəzarəti həyata keçirmək;
  • İnzibati ərazi vahidində digər icra hakimiyyəti orqanlarının qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti ilə bağlı fəaliyyətini əlaqələndirmək;
  • Bölmə üzrə Agentliyin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən etmək və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim etmək,
  • Bölmədə dövlət qulluçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin vaxtında, obyektiv və qərəzsiz aparılmasına nəzarət etmək, bölmə rəhbərinin müavini və sektor müdirlərinin qarşısında qoyulan tapşırıqların qiymətləndirilmə dövrü ərzində hansı səviyyədə yerinə yetirilməsini, meyarlar üzrə fəaliyyətini və əmək intizamına əməl edilmə vəziyyətini vaxtında, obyektiv və qərəzsiz qiymətləndirmək;
  • Bölmənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar vermək;
  • Bölmənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından məlumat və sənədləri almaq;
  • Bölməyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil etmək;
  • Bölmədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejiminə riayət edilməsini təmin etmək;
  • Bölməni təmsil etmək.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
    • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
    • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

    Xüsusi tələblər

    • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, tibbi profilaktika, biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , dövlət və ictimai münasibətlər, politologiya, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, kimya, biologiya, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , kimya mühəndisliyi, torpaqşünaslıq və aqrokimya , aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, su bioehtiyatları və akvabitkilər, ekologiya, zootexniklik, əczaçılıq, tibbi biologiya ixtisasları üzrə ali təhsil
    • İş stajına dair tələblər: dövlət qulluğunda 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 6 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
    • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, İnternetdən istifadə yüksək səviyyədə
    • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;Rus dili-B2;
    • Müsahibədə iştirak etmək hüququ verən sertifikat AC1

    Telegram kanalımız