Sektor müdiri Heyvandarlıq sektoru (Neftçala)

Neftçala

Kənd Təsərrüfatı Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Sektorun səlahiyyətinə aid olan məsələlərin həllini təmin etmək, sektorda çalışan işçilər arasında vəzifə bölgüsünü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək və icra intizamına riayət etmələrinə nəzarət etmək;
  • Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, onların məhsuldarlığının yüksəldilməsi, damazlıq işinin təşkili ilə bağlı mütəxəssis məsləhətləri vermək və tövsiyələr hazırlamaq;
  • Mal-qaranın, balıq və quşların xəstəliklərdən qorunması üçün epizootiya əleyhinə, sanitariya, profilaktik və digər baytarlıq tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
  • Heyvandarlıqla məşğul olan sahibkarlar arasında damazlıq işinin əsasını təşkil edən suni mayalamanın əhəmiyyəti barədə məlumatlar vermək;
  • Damazlıq heyvandarlığa dair sərgi-satış yarmarkalarının və heyvanların cins tərkibinin yaxşılaşdırılması, o cümlədən damazlıq heyvanların artırılması ilə bağlı həyata keçirilən tədbirlərin təşkilinə köməklik göstərmək;
  • Mərkəzin elektron informasiya ehtiyatında heyvandarlıq bölməsinin yaradılmasında və onun daimi yenilənməsində iştirak etmək;
  • Səlahiyyəti daxilində sektora daxil olan ərizə, təklif və şikayətləri araşdıraraq cavablandırmaq;
  • Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək, əmək və icra intizamına riayət etmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: zootexniklik, baytarlıq ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat AC4

Telegram kanalımız