Sektor müdiri İdxal və ixraca nəzarət sektoru (İmişli)

İmişli

Qida Təhlükəsizliyi Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İdxal-ixrac əməliyyatları zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada məhsulun tədqiqi (sınağı) və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsini və akkreditasiya olunmuş laboratoriyalarda həmin nümunələrin vahid metodika əsasında qiymətləndirilməsini təmin etmək və qanunla nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək;
  • Agentliyin səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxılması ilə bağlı hərəkətlərin həyata keçirilməsinə nəzarət etmək;
  • Agentliyin fəaliyyəti üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların icrası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə və icra vəziyyəti barədə hesabatın bölmə rəhbərinə təqdim edilməsini təmin etmək;
  • Gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarəti ilə bağlı tədbirləri həyata keçirmək və idxal olunan yüklərə idxal karantin icazəsi, idxal sağlamlıq aktının verilməsi və ya verilməsindən imtina edilməsini təşkil etmək;
  • Qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara dair idxalçı ölkələrdən daxil olan bildirişlər (notifikasiyalar) ilə bağlı qanuna uyğun tədbirlər görmək;
  • İxrac olunan qida və yem məhsullarına, baytarlıq və fitosanitar nəzarətdə olan yüklərə müvafiq olaraq sağlamlıq, baytarlıq və fitosanitar sertifikatların verilməsini təmin etmək;
  • “Lisenziyalar və icazələr haqqında”  Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qida və yem məhsuluna, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara, baytarlıq və fitosanitar nəzarətində olan yüklərə müvafiq olaraq idxal sağlamlıq aktı, sağlamlıq, baytarlıq və fitosanitar sertifikatlarının dublikatlarının verilməsini, həmin sənədlərin yenidən rəsmiləşdirilməsini, qüvvəsinin dayandırılmasını, bərpa və ləğv edilməsini təmin etmək;
  • Ölkəyə idxal olunan qida və yem məhsullarının ölkənin gömrük sərhədindən keçirilərkən genetik modifikasiyaya məruz qalıb-qalmadığının inzibati ərazi vahidi üzrə yoxlanması işinə rəhbərlik etmək;
  • Bitkilərin mühafizəsi üçün istifadə edilən kimyəvi vasitələrin və baytarlıq xidmətində tətbiq edilən dərman, bioloji preparatlar və baytarlıq ləvazimatlarının idxalı ilə bağlı rəy verilməsini təmin etmək;
  • Pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin və digər bitki mühafizə vasitələrinin idxalına və ixracına nəzarəti həyata keçirmək;
  • Azərbaycan Respublikasına gətirilmiş və ölkədən aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsini və laboratoriya ekspertizasının aparılması işinə rəhbərlik etmək;
  • Bölmə rəhbərinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • Bölmə rəhbəri tərəfindən tapşırılmış vəzifələri yerinə yetirmək;
  • Sektorun əməkdaşları qarşısında qoyulan tapşırıqların dövlət qulluçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi dövrü ərzində hansı səviyyədə yerinə yetirilməsini, meyarlar üzrə fəaliyyətini və əmək intizamına əməl edilmə vəziyyətini vaxtında, obyektiv və qərəzsiz qiymətləndirmək;
  • Sektorun əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün bölmə rəhbərinə təqdimatlar vermək;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların bölməyə daxil olmuş şifahi və yazılı müraciətlərinə vaxtında və ətraflı baxılmasını təmin etmək;
  • Sektorun əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
  • Aidiyyəti qurumlara müraciətlər hazırlamaq, sənədlərin toplanmasını və göndərilməsinin həyata keçirilməsinə nəzarət etmək;
  • Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
    • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
    • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

    Xüsusi tələblər

    • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, su bioehtiyatları və akvabitkilər, bağçılıq və tərəvəzçilik, dövlət və ictimai münasibətlər, politologiya, biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , kimya, biologiya, kimya mühəndisliyi, şərabçılıq, tibbi profilaktika, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , torpaqşünaslıq və aqrokimya , aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, bitki mühafizəsi, əczaçılıq, ekologiya, zootexniklik, tibbi biologiya ixtisasları üzrə ali təhsil
    • İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
    • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə yüksək səviyyədə
    • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;
    • Müsahibədə iştirak etmək hüququ verən sertifikat AC4

    Telegram kanalımız