- İnzibati ərazi vahidi üzrə qanunla müəyyən olunmuş hallarda və qaydada ölkəyə idxal edilən qida və yem məhsullarının istehsal və emal edildiyi qida obyektlərinin təsdiqi ilə bağlı fəaliyyətə rəhbərlik etmək;
- Ölkəyə idxal olunan qida və yem məhsullarının qanuna uyğun olaraq genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsullarının qeydiyyatının olub-olmamasını inzibati ərazi vahidi üzrə yoxlanmasını təmin etmək;
- İnzibati ərazi vahidi üzrə qida zənciri obyektlərinin (subyektlərinin), habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyatının, habelə qida zənciri obyektlərinin təsdiqinin həyata keçirilməsi işinə rəhbərlik etmək;
- Qida Təhükəsizliyi Reyestrindən çıxarışların, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həmin sənədlərin dublikatlarının verilməsini, yenidən rəsmiləşdirilməsini, qüvvəsinin dayandırılmasını, bərpa edilməsini təmin etmək, qeydiyyata alınmasından və ya təsdiq edilməsindən imtina etmək, reyestr məlumatlarına dəyişiklik etmək və bölmə rəhbərinə hər ay hesabat təqdim etmək;
- İnzibati ərazi vahidi üzrə dövlət reyestrinə daxil edilən qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin aparılmış qiymətləndirmələrin nəticələri əsasında qeydiyyatının ləğvi ilə bağlı bölmə rəhbərinə təkliflər vermək;
- Qida təhlükəsizliyinin təmin olunması istiqamətində regional bölmənin əhatə dairəsi üzrə dövlət-özəl sektor əməkdaşlığının inkişafı ilə bağlı tədbirlər həyata keçirmək;
- Qeydiyyat məlumatları əsasında dövri statistik və analitik hesabatlar hazırlamaq və vətəndaşların məlumatlandırılmasını təşkil etmək;
- Qida zənciri obyektlərinin (subyektlərinin), habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyatının aparılması məqsədilə sektorun əməkdaşlarının “ASAN xidmət” mərkəzlərində, kiçik və orta biznes evlərində və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində Agentliyi təmsil etməsini təmin etmək;
- Vətəndaşların istifadəsi məqsədilə regional bölmənin əhatə dairəsi üzrə obyektlərin (subyektlərin) və məhsulların qeydiyyatına dair reyestr məlumatlarını bölmə rəhbəri ilə razılaşdırmaqla ictimailəşdirmək;
- Qeydiyyat və təsdiq məlumatları, həmçinin subyektlərin fəaliyyət istiqamətləri üzrə aparılan araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və onların nəticələri ilə bağlı toplanılmış informasiyalar əsasında qida obyektləri və subyektləri, o cümlədən qeydiyyatı tələb olunan məhsullar üzrə metaməlumat bazasının yaradılması barədə müvafiq təkliflərini regional bölmə rəhbərinə təqdim etmək;
- Genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış orqanizmlərə və tərkibində bu orqanizmlərin özü və ya materialı olan yem məhsullarına nəzarət sisteminin təkmilləşdirilməsi və onların qeydiyyatının aparılması ilə bağlı təkliflər hazırlayaraq regional bölmə rəhbərinə təqdim etmək;
- Qida zənciri boyu regional bölməyə daxil olan inzibati ərazi vahidlərində fəaliyyət göstərən sahibkarların hüquqlarının müdafiəsi istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədi ilə fəaliyyət planları işləyib hazırlamaq və icra etmək;
- Sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi və sahibkarların rəqabət qabiliyyətinin artırılması istiqamətində texniki və metodiki dəstək tədbirlərini həyata keçirmək;
- Sahibkarlıq subyektləri tərəfindən qida təhlükəsizliyi üzrə idarəetmə sistemlərinin (HACCP, İSO 22000 və s.) və qabaqcıl fəaliyyət kodekslərinin (GAP, GHP, GMP və s.) tətbiqi ilə bağlı dəstək tədbirlərini həyata keçirmək;
- Qida təhlükəsizliyi sahəsində təşkilati və institusional inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, habelə bu sahədə fəaliyyətin davamlı olaraq təkmilləşdirməsi üçün təhlil və qiymətləndirmələrin aparılması məqsədi ilə regional bölməyə daxil olan inzibati ərazi vahidlərində fəaliyyət göstərən sahibkarlar arasında mütəmadi sorğuların keçirilməsini təmin etmək;
- Qida təhlükəsizliyi siyasətinin formalaşdırılmasında ictimai iştirakçılığın artırılması, o cümlədən sahibkarların təklif və şikayətlərinin dinlənilməsi məqsədilə regional bölmənin əhatə dairəsi üzrə müzakirə platformaları yaratmaq;
- Bölmə rəhbərinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
- Bölmə rəhbəri tərəfindən tapşırılmış vəzifələri yerinə yetirmək;
- Sektorun əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün bölmə rəhbərinə təqdimatlar vermək;
- Sektorun əməkdaşları qarşısında qoyulan tapşırıqların dövlət qulluçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi dövrü ərzində hansı səviyyədə yerinə yetirilməsini, meyarlar üzrə fəaliyyətini və əmək intizamına əməl edilmə vəziyyətini vaxtında, obyektiv və qərəzsiz qiymətləndirmək;
- Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların bölməyə daxil olmuş şifahi və yazılı müraciətlərinə vaxtında və ətraflı baxılmasını təmin etmək;
- Sektorun əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
- Aidiyyəti qurumlara müraciətlər hazırlamaq, sənədlərin toplanmasını və göndərilməsinin həyata keçirilməsinə nəzarət etmək;
- Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;