Sektor müdiri İnzibati işlər və təsərrüfat sektoru (İmişli)

İmişli

Qida Təhlükəsizliyi Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Agentliyin səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxılması ilə bağlı regional bölmə əməkdaşları tərəfindən tərtib edilmiş sənədlərin düzgünlüyünə nəzarət etmək;
  • Agentliyin fəaliyyəti üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların icrası barədə hesabatlar hazırlamaq və bölmə rəhbərliyinə təqdim etmək;
  • Azərbaycan Respublikasının məhkəmələrində inzibati ərazi vahidi üzrə Agentliyin hüquq və qanuni mənafelərinin müdafiəsini, habelə məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək və məhkəmələrdə baxılan işlər barədə rəhbərliyə mütəmadi olaraq məruzə etmək;
  • Sektorlardan planlı və plandankənar yoxlamaların sənədlərini almaq, iş axını zamanı onların düzgünlüyünü yoxlamaq və hesabatların hazırlanmasını təmin etmək;
  • Bölməyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədlərdə nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi vəziyyətini araşdırmaq, bu barədə hesabatlar hazırlamaq və bölmə rəhbərliyinə təqdim etmək;
  • Regional bölmə üzrə ştat vahidlərinin ixtisaslı kadrlarla təmin edilməsi, kadrların rotasiyası, vəzifəyə təyin və ya vəzifədən azad edilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və mükafatlandırılması ilə bağlı Agentlik Aparatına verilən təkliflərə dair tapşırıqların yerinə yetirilməsini təmin etmək;
  • Regional bölmənin struktur vahidlərinin rəhbərlərinin təklifi əsasında əməkdaşların illik məzuniyyət qrafikinin hazırlanmasını təmin etmək, təsdiqlənən qrafikin yerinə yetirilməsinə nəzarət etmək və məzuniyyətlə bağlı irəli gələn digər məsələləri həll etmək;
  • Regional bölmənin dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi prosesinə ümumi nəzarəti həyata keçirmək;
  • Əməkdaşların iş uçotu tabelinin Agentlik Aparatının müvafiq struktur bölməsi tərəfindən müəyyən edilən qaydada tərtib olunmasını və göndərilməsini təmin etmək;
  • Regional bölməyə Agentlik Aparatından daxil olmuş nəzarət xarakterli sənədlərin icrasının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
  • Regional bölmədə sənədlərlə işin təşkili, sistemləşdirilməsi, uçotu, onların saxlanma müddətlərinin müəyyən edilməsi, kargüzarlıq qaydalarına riayət edilməsinə və sənəd  dövriyyəsinin aparılmasında mövcud qaydaların tələblərinə riayət edilməsinə səlahiyyətləri daxilində cari nəzarəti həyata keçirmək, habelə arxiv işini təşkil etmək, sənədlərin arxivə lazımi səviyyədə təhvil verilməsi məqsədi ilə regional bölmənin fəaliyyəti nəticəsində yaranan və kənardan alınan bütün sənədlər daxil edilməklə işlərin ümumi nomenklatur- siyahısının tərtib edilməsinə, sənədlərin vaxtında icrasına səlahiyyətləri çərçivəsində cari nəzarəti həyata keçirmək;
  • Elektron sənəd dövriyyəsinə nəzarət etmək;
  • Sənəd qovluqlarının düzgün formalaşdırılmasını, sənədləşmə işlərinin sistemləşdirilməsini, uçotunu və qanunvericiliyin tələblərinə uyğun şəkildə arxivə təhvil verilməsinin təmin edilməsinə nəzarət etmək;
  • Regional bölmədən göndərilən  sənədlərin aidiyyəti üzrə göndərilməsini, təsnifləşdirilməsini və statistik hesabatların aparılması işinə nəzarət etmək;
  • Təsərrüfat xidmətinin yerinə yetirilməsinə nəzarət etmək;
  • Azərbaycan Respublikasının dövlət büdcəsindən və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına ayrılmış vəsait hesabına regional bölmənin saxlanması və fəaliyyəti üçün verilmiş maddi-texniki inventarların təyinatı üzrə səmərəli istifadə edilməsinə nəzarət etmək və regional bölmə rəhbərinə müvafiq təkliflər vermək;
  • Qanunvericiliklə müəyyən olunmuş müddətlərdə regional bölmənin balansında olan əsas vəsaitlərin, eləcə də öhdəliklərin, hesablaşmaların, kapitalın və s. maddi sərvətlərin, balansın bütün aktiv və passiv maddələrinin inventarizasiyasının aparılmasında iştirak etmək və regional bölmə rəhbərinin verdiyi tapşırıqları yerinə yetirmək;
  • Regional bölmənin balansında olan istismar müddəti başa çatmış və istifadəyə yararsız olan avtomobillərin, texnika və avadanlıqların qanunvericiliyə uyğun olaraq balansdan silinməsi ilə bağlı tədbirlər görmək; 
  • Regional bölmənin balansında olan binaların, inventar və avadanlıqların, qurğuların səmərəli istismar edilməsi, onların təmiri və qorunması ilə bağlı tədbirlər görmək; 
  • Fəaliyyət istiqamətləri üzrə regional bölmə rəhbərinin keçirdiyi müşavirələrin, iclasların, görüşlərin və digər bu kimi tədbirlərin təşkili və texniki təminatı ilə bağlı tədbirlər görmək;
  • Təsərrüfat avadanlığının saxlanılmasını, onun bərpa edilməsini, eləcə də otaqlarda və onlara əlavə edilmiş ərazilərdə təmizliyə riayət olunmasını təmin etmək;
  • Otaqların vəziyyətinə nəzarət etmək və onların vaxtında təmiri üzrə tədbirləri yerinə yetirmək;
  • Təsərrüfat xidməti heyətinə rəhbərlik etmək;
  • Bölmə rəhbərinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • Bölmə rəhbəri tərəfindən tapşırılmış vəzifələri yerinə yetirmək;
  • Sektorun əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün bölmə rəhbərinə təqdimatlar vermək;
  • Sektorun əməkdaşları qarşısında qoyulan tapşırıqların dövlət qulluçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi dövrü ərzində hansı səviyyədə yerinə yetirilməsini, meyarlar üzrə fəaliyyətini və əmək intizamına əməl edilmə vəziyyətini vaxtında, obyektiv və qərəzsiz qiymətləndirmək;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların bölməyə daxil olmuş şifahi və yazılı müraciətlərinə vaxtında və ətraflı baxılmasını təmin etmək;
  • Sektorun əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
  • Aidiyyəti qurumlara müraciətlər hazırlamaq, sənədlərin toplanmasını və göndərilməsinin həyata keçirilməsinə nəzarət etmək;
  • Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
    • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
    • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

    Xüsusi tələblər

    • Təhsilə dair tələblər: ali təhsil
    • İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
    • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, İnternetdən istifadə yüksək səviyyədə
    • Xarici dil biliklərinə dair tələblər: yoxdur
    • Müsahibədə iştirak etmək hüququ verən sertifikat AC4

    Telegram kanalımız