- Palatanın fəaliyyəti ilə bağlı sərəncam mahiyyətli sənədlərin, metodiki sənədlərin, qanunvericilik aktlarının layihələrinin hazırlanmasının öz səlahiyyətləri çərçivəsində təmin etmək və ya aidiyyəti struktur bölmələri ilə birgə hazırlanmasını həyata keçirmək;
- Palataya daxil olan qanunvericilik aktlarının, habelə Palata tərəfindən hazırlanmış metodiki sənədlərin və sərəncam mahiyyətli sənədlərin layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
- Palatanın fəaliyyəti ilə bağlı mülki, əmək müqavilələrinin, habelə digər dövlət orqanları ilə Palata arasında bağlanılan müqavilələr və qarşılıqlı razılaşmaların layihələrinin hazırlanması və ya müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Azərbaycan Respublikasının məhkəmələrində Hesablama Palatasının təmsil edilməsi və Palatanın mənafeyini müdafiə edilməsi işini həyata keçirmək;
- fəaliyyət istiqamətləri üzrə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların məktub və sorğularına, habelə vətəndaşların ərizə və şikayətlərinə müvafiq qaydada baxılması, icrası istiqamətində zəruri tədbirlər görmək;
- qanunvericiliyə və rəhbərliyin tapşırığına əsasən səlahiyyətləri daxilində Palatanın dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslərlə münasibətdə təmsil etmək;
- Hesablama Palatasının rəhbərliyi tərəfindən verilmiş tapşırıqların icrasını təmin etmək;
- Fəaliyyət istiqamətləri üzrə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların məktub və sorğularına, habelə vətəndaşların ərizə və şikayətlərinə müvafiq qaydada baxmaq, icrası istiqamətində zəruri tədbirlər görmək;
- əmək və icra intizamına, qulluq reqlamentinə və etik davranış qaydalarına əməl etmək;
- şöbənin fəaliyyəti barədə illik hesabatı hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş digər vəzifələrin yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;