- Palatanın sisteminə aid avadanlıqlarda baş vermiş texniki nasazlıqları aradan qaldırmaq və daimi işlək vəziyyətdə saxlamaq;
- Palatanın istifadəsində olan proqram təminatlarının fasiləsiz və düzgün fəaliyyət göstərməsini preventiv profilaktik tədbirlər yolu ilə təmin etmək;
- Palatanın informasiya sistemi təhlükəsizliyinin təmin olunması məqsədilə adekvat tədbirlər görmək, müvafiq təlimatların hazırlanmasında iştirak etmək və bu istiqamətdə mütəmadi təkmilləşmə üçün təkliflər vermək;
- Proqram təminatının hazırlanmasında iştirak etmək;
- Sektor və şöbənin aidiyyəti yazışmasının aparılmasında iştirak etmək və Palatanın fəaliyyəti ilə əlaqədar informasiya texnologiyaları üzrə ekspert rəyi tələb olunduqda töhfəsini vermək;
- İnformasiya sistemlərinin auditini keçirmək, Palatanın kənar dövlət auditi funksiyasının yerinə yetirilməsi və sair ümumi fəaliyyəti zamanı texniki dəstəyi təmin etmək;
- Məlumat bazalarının təhlilini yerinə yetirmək,
- fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş və Palatanın rəhbərliyi tərəfindən verilmiş digər vəzifələri yerinə yetirmək;
- əmək və icra intizamına, qulluq reqlamentinə və etik davranış qaydalarına əməl etmək;
- Şöbə müdiri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;