Məsləhətçi Protokol xidməti və təşkilati işlər sektoru

Bakı

Hesablama Palatası
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Hesablama Palatasının rəhbərliyi tərəfindən keçirilən rəsmi qəbullarda, görüşlərdə, tədbirlərdə beynəlxalq təcrübəyə, milli adət-ənənələrə və ümumi qəbul olunmuş protokol qaydalarına əsaslanaraq, protokol xidmətinin həyata keçirilməsini, qeyd edilən tədbirlərin keçirildiyi yerlərin hazırlanmasını təmin etmək;            
  • Rəhbərliyin iştirakı ilə Palatada keçirilən rəsmi qəbulların, görüşlərin təşkilati məsələləri ilə bağlı protokol işlərini aparmaq;         
  • Palatanın kollegiya iclaslarının təşkili ilə bağlı zəruri işlərin görülməsində iştirak etmək;   
  • Palatanın rəhbərliyinin iştirakı nəzərdə tutulmuş tədbirlərə və getdiyi səfərlərə hazırlıq işlərinin görülməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Palata tərəfindən keçirilən tədbirlərdə protokol xidmətinin təşkilini ümumi qəbul olunmuş protokol qaydalarına uyğun olaraq həyata keçirmək;
  • Palatanın rəhbərliyinin adına daxil olmuş təbrik məktublarının uçotunu aparmaq və onların adından təbrik məktublarının layihələrinin hazırlanmasında iştirak etmək;
  • Sektora daxil olan müraciətləri araşdırmaq və cavablandırmaq;
  • Rəhbərlik və sektor müdirinin tapşırığına əsasən səlahiyyətləri daxilində Palatanı dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslərlə münasibətdə təmsil etmək;
  • Fəaliyyət istiqamətinə uyğun olaraq rəhbərlik və sektor müdiri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
    • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

    Xüsusi tələblər

    • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, tərcümə (dillər üzrə), regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər ixtisasları üzrə ali təhsil
    • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
    • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə - orta səviyyədə
    • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;
    • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA2

    Telegram kanalımız