- Elektron Prokurorluq İnformasiya Sistemi vasitəsi ilə məhkəmələrdən və istintaq orqanlarından depozit hesaba ödənişlər və aidiyyatı üzrə köçürülməli vəsaitlər barədə daxil olan sənədlərin qeydiyyatının aparılması və icra edilməsi;
- Prokurorluğun depozit hesabına, depozit seyfinə və depozit kassasına mədaxil edilmiş pul vəsaitlərinin, digər qiymətlilərin və maddi sübutların 1C mühasibatlıq proqramında uçotunun aparılması;
- Məhkəmə və istintaq orqanlarının qərarları əsasında vəsaitlərin aidiyyəti üzrə köçürülməsi, digər qiymətlilərin və maddi sübutların aidiyyatı üzrə təhvil verilməsi;
- Depozit hesabı üzrə daxil olan və ödənilən vəsaitlərin 1C mühasibatlıq proqramında həftəlik və aylıq hesabatlarının hazırlanması və baş mühasibə təqdim edilməsi;
- Dövlətə vurulmuş ziyanın ödənilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə prokurorluq orqanları tərəfindən məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələr ilə əlaqədar dövlət büdcəsinə köçürülmüş, həmçinin xüsusi müsadirə olunaraq dövlət nəfinə keçirilmiş vəsaitlərin uçotunun aparılması, həmin vəsaitlərdən müvafiq faizlər üzrə məbləğlərin prokurorluq orqanlarının maddi-texniki təminat bazasının yaxşılaşdırılması məqsədilə büdcədənkənar xəzinə hesab kitabına mədaxil edilməsi üçün Maliyyə Nazirliyi ilə üzləşdirmələrin həyata keçirilməsi və məktubların hazırlanması;
- Depozit hesabı üzrə müxabirləşmənin aparılması və hər növbəti ayın 10-dan gec olmayaraq tərtib edilərək baş mühasibə təqdim edilməsi;
- Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi ilə depozit hesabdakı dövriyyə ilə bağlı həftəlik və aylıq üzləşmələrin aparılması;
- 1 C mühasibatlıq proqramı vasitəsi ilə Dövlət Xəzinədarlıq Agentliyinə və banklara göndərilən ödəniş tapşırıqlarının, sifarişlərin və digər maliyyə sənədlərinin hazırlanması və baş mühasibə təqdim edilməsi.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;