Aparıcı məsləhətçi (Gəncə)

Gəncə

İqtisadiyyat Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • müvafiq regionun xüsusiyyətləri nəzərə alınmaqla onun inkişafına dair dövlət siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında iştirak; 
  • müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən regionların inkişafı istiqamətində hazırlanmış konsep­siya, proqram və layihələrin ekspertizasının həyata keçirilməsində iştirak; 
  • müvafiq regionun inkişafına bilavasitə təsir edəcək sahəvi investisiya layihələrinin hazırlanması, qiymətləndirilməsi və ekspertizasının həyata keçirilməsində iştirak; 
  • bölmənin fəaliyyət isti­qamətləri üzrə dövri hesabatların hazırlanmasında iş­tirak;
  • səlahiyyətləri daxilində bölməyə daxil olan müraciətlərin araşdırılması, cavablandırılması və s.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
    • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

    Xüsusi tələblər

    • Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu, kənd təsərrüfatı ixtisasları qrupu üzrə ali təhsil
    • İş stajına dair tələblər: yoxdur
    • Kompüter biliklərinə dair tələblər: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə
    • Xarici dil biliklərinə dair tələblər: yoxdur
    • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB4

    Telegram kanalımız