- sektora tapşırılmış vəzifələr, habelə iş planında nəzərdə tutulmuş tədbirlər üzrə ona həvalə edilmiş işlərin icrasını vaxtında və keyfiyyətlə həyata keçirmək;
- sektora daxil olan və icrası ona tapşırılan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxmaq;
- dövlət vəsaiti hesabına malların, işlərin və xidmətlərin satın alınmasında iqtisadi səmərəliliyin artırılması üçün təkliflər hazırlayaraq sektor müdirinə təqdim etmək;
- dövlət satınalmalarının təşkili və aparılması üzrə metodiki vəsaitlər hazırlanmasında iştirak etmək;
- şöbənin əməkdaşları üçün təlimlərin təşkil edilməsində iştirak etmək;
- satınalan təşkilat və malgöndərən (podratçılar) üçün mütəmadi təlimlər təşkil edilməsində iştirak etmək;
- dövlət satınalmalarının təşkili və aparılması üzrə satınalan təşkilatlara məsləhətlər vermək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq rəhbərliyin qanunvericiliyə uyğun əmr və göstərişlərinə əsasən digər vəzifələri yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;