Aparıcı məsləhətçi Dövlət gəlirlərinin proqnozlaşdırılması sektoru

Bakı

Maliyyə Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Vergi orqanları tərəfindən təmin edilən büdcə gəlirləri barədə aylıq və rüblük hesabatları yerli maliyyə orqanlarından alınması və həmin hesabatlar, təhlili arayışlar və digər məlumatlar əsasında yerli gəlirlər üzrə proqnozun icrasının təhlil edilməsi;
  • Dövlət mülkiyyətinin və torpaqların icarəyə verilməsi ilə bağlı daxilolmalar barədə aylıq və rüblük hesabatları və dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar barədə hesabatın təhlil edilməsi;
  • Dövlət və icmal büdcələrin mədaxil hissəsinin layihəsinin hazırlanmasında iştirak edilməsi;
  • Dövlət Gömrük Komitəsinin xətti ilə daxil olan büdcə gəlirləri barədə hesabatların (aylıq) təhlili edilməsi;
  • Artıq ödənilmiş vergilərin, faizlərin maliyyə sanksiyalarının, inzibati cərimələrin və dövlət rüsumunun qaytarılması üçün daxil olmuş sənədlərin qanunauyğunluğunun yoxlanılması və müvafiq təkliflərin hazırlanması;
  • Təyin edilmiş monitorinq, təhlil və yoxlamaların  aparılmasında iştirak edilməsi;
  • Vəzifəsi üzrə şöbə müdiri,müdir müavini və sektor müdiri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
    • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

    Xüsusi tələblər

    • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
    • İş stajına dair tələblər: yoxdur
    • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
    • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-A2;
    • Xüsusi tələblər Proqnozlaşdırma sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir

    Telegram kanalımız