- Şöbənin əsasnaməsinə uyğun olaraq müvafiq tədbirləri və xərclərin maliyyə təminatına dair rəy və təkliflərini hazırlayır
- Xidmət etdiyi sahələr üzrə tədbirlərin maliyyə təminatı ilə bağlı aidiyyəti orqanlarla əlaqə saxlayır, aidiyyəti işləri təşkil edir və bu tədbirlərin qanun və qaydalar çərçivəsində həyata keçirilməsində iştirak edir
- Dövlət proqramlarının və strategiya sənədlərinin layihələrinin hazırlanmasında və maliyyə ekspertizasının keçirilməsində iştirak edir
- Sektora həvalə olunmuş tədbirlər üzrə dövlət satınalmalarında satınalma müsabiqəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, vəsaitlərin təyinatı üzrə səmərəli və qənaətlə xərclənməsi, nöqsanlara yol verilməməsi məqsədi ilə səlahiyyətləri çərçivəsində fəaliiyət göstərir
- Rəhbərlik tərəfindən həvalə olunmuş tədbirlər üzrə müvafiq dövlət orqanlarından, müəssisə və təşkilatlardan və həmçinin, vətəndaşlardan daxil olmuş məktub, ərizə və şikayətlərə baxaraq qaldırılmış məsələlərin həlli üçün cavablar, arayışlar və təklifləri hazırlayır
- Sektorun vəzifələrinə aid olan məsələlər üzrə müvafiq normativ-hüquqi aktların hazırlanmasında iştirak edir
- Dövlət sirrinin və məxfilik rejiminin qorunub saxlanması qaydalarına əməl edir
- Vəzifəsi üzrə şöbə müdiri, müdir müavini və sektor müdiri tərəfindən verilən tapşırıqların yerinə yetirir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;