- Dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlərə uyğun təsdiq edilmiş gəlir və xərclərin xəzinə hesab kitablarına işlənilməsini həyata keçirilməsi
- Dövlət Xəzinədarlıq Agentliyinin İnternet Portalı vasitəsilə təqdim olunmuş kassa limitinin sifarişi sənədlərinə əsasən yerli xərclərdən maliyyələşən büdcə təşkilatlarına maliyyələşmələrin açılmasını icra edərək təsdiq üçün sektor müdirinə təqdim edilməsi;
- Yerli və mərkəzləşdirilmiş xərclərdən maliyyələşən təşkilatlar üçün açılmış maliyyələşmələr və Xəzinədarlıq İdarəsinin xidmət göstərdiyi rayonlar üzrə resurs qalıqları barədə rəhbərliyə gündəlik məlumatın verilməsi;
- Sektorun fəaliyyət istiqamətlərinə uyğun yaranan xəzinə, bank və digər mühüm əhəmiyyət kəsb edən sənədlərin qanunvericiliyin tələblərinə uyğun saxlanılmasının təmin edilməsi;
- Xidməti vəzifəsinin icrası zamanı qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunmasına əməl edilməsi;
- Fəaliyyət istiqamətinə uyğun olaraq digər vəzifələrin yerinə yetirilməsi.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;