Aparıcı məsləhətçi Tədrisin keyfiyyəti sektoru

Bakı

Elm və Təhsil Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Səlahiyyətləri daxilində dövlət təhsil siyasətinin həyata keçirilməsində iştirak, təhsil qanunvericiliyinin icrasının təmin edilməsi;
  • Ümumi, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində təhsilin keyfiyyətinin səviyyəsinin müəyyənləşdirilməsi üçün monitorinqlərin aparılması, nəticələrin təhlil edilməsi və təkliflərin hazırlanması;
  • Ümumi təhsil müəssisələrində tədris ilinin əvvəlində sinif komplektlərinin müəyyənləşdirilməsi prosesində iştirak;
  • İcbari ümumi orta təhsilin həyata keçirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi;
  • Tədris prosesində yeniliklərlə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;
  • İstedadlı uşaqlarla işin təşkili, həmçinin müxtəlif müsabiqə və layihələrin təşkili və keçirilməsi;
  • Regional təhsil idarəsinin tabeliyində olan ümumi, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin idarəolunmasına təşkilati-pedaqoji və metodiki köməkliyin göstərilməsi;
  • Təhsilalanların zərərli vərdişlərdən qorunması məqsədilə tədbirlər planının hazırlanmasında iştirak edilməsi, təhsil müəssisələrində icrası üçün müvafiq işlərin görülməsi;
  • Təhsilin inkişafı ilə bağlı müxtəlif məqsədli proqramların hazırlanmasında iştirak edilməsi;
  • Məktəbəqədər, ümumi və məktəbdənkənar təhsillə bağlı müxtəlif statistik məlumatların toplanılması, sistemləşdirilməsi, təhlili və müvafiq təkliflərin hazırlanması;
  • Sektora daxil olan məktub, ərizə, təklif və şikayətlərin icrası.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
    • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

    Xüsusi tələblər

    • Təhsilə dair tələblər: təhsil ixtisasları qrupu, humanitar və sosial ixtisaslar qrupu, təbiət ixtisasları qrupu üzrə ali təhsil
    • İş stajına dair tələblər: yoxdur
    • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
    • Xarici dil biliklərinə dair tələblər: yoxdur
    • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB4

    Telegram kanalımız