Aparıcı məsləhətçi İnzibati təşkilat sektoru (Quba)

Quba

Elm və Təhsil Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İdarənin tabeliyindəki təlim-tərbiyə müəssisələrinin rəhbər və pedaqoji kadrlara olan ehtiyacının nomenklaturaya uyğun təmin edilməsi; 
  • İdarənin struktur bölmələrində, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda kadr işinin aparılması;
  • İdarənin Aparatına əməkdaşların işə qəbulu, vəzifə dəyişimi, işdən azad olunması və s. sənədləşmə işlərinin “Dövlət Qulluğu haqqında” A.R. Qanununa və Əmək Məcəlləsinə uyğun olaraq həyata keçirilməsi;
  • İdarənin əməkdaşlarının məzuniyyətlərinin rəsmiləşdirilməsi və məzuniyyət uçotunun aparılması;
  • Uçot nomenklaturasına daxil olan kadrların müvafiq qaydada tam uçotunun aparılması, şəxsi işlərinin tərtib olunması, əmək müqavilələrinin hazırlanması vəməlumatların electron hökumət portalına daxil edilməsi;
  • Əmək kitabçalarının sifariş edilməsi və müvafiq qeydlərin aparılması;
  • İdarənin nomenklaturasına daxil olan vəzifələrdə işçilərin mükafatlandırılması və ya intizam məsuliyyətinə cəlb olunması barədə rəhbərliyə təkliflərin verilməsində iştirak etmək;
  • Müxtəlif dövlət orqanlarından və təşkilatlarındaniİdarəyə daxil olmuş müraciətlərə fəaliyyət istiqaməti üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılması və müvafiq tədbirlərin görülməsi;
  • Vətəndaşların sektora daxil olmuş şifahi və yazılı müraciətlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılması və  vaxtında cavablandırılması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
    • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

    Xüsusi tələblər

    • Təhsilə dair tələblər: təhsil ixtisasları qrupu, humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
    • İş stajına dair tələblər: yoxdur
    • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
    • Xarici dil biliklərinə dair tələblər: yoxdur
    • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB4

    Telegram kanalımız