- Ümumi təhsilin təşkili və idarəolunmasının təkmilləşdirilməsi istiqamətində təhlillərin aparılması və təkliflərin verilməsi;
- Sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların təhsili və sosial müdafiəsi sahəsində işin təşkili ilə bağlı məlumatların toplanılması, ümumiləşdirilməsi və təkliflərin hazırlanması
- Təhsilin keyfiyyət səviyyəsinin müəyyənləşdirilməsi üçün monitorinqlərin aparılması, nəticələrin təhlil edilməsi və təkliflərin hazırlanması;
- Ümumi təhsil sistemində yeni kurikulumların tətbiqi üzrə işin təşkilində, istedadlı uşaqların aşkara çıxarılması və onlarla işin təşkili üzrə tədbirlərin həyata keçirlməsində, təhsil müəssisələrinin pedaqoji kadrlara olan tələbatının müəyyənləşdirilməsi və sifarişlərin vaxtında verilməsində iştirak
- Şöbə rəhbərliyi tərəfindən verilən tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirilməsi
- Şöbəyə daxil olmuş müvafiq ərizə, şikayət və təkliflərin cavablandırılmasının təmin edilməsi.
- Ümumi təhsildə yeniliklərlə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin təmin edilməsi.
- Ümumi təhsil müəssisələrinin şəbəkəsinin inkişaf etdirilməsi və optimallaşdırılması üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi
- Uşaqların ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi prosesinin tənzimlənməsi istiqamətində təkliflərin verilməsi
- Ümumi təhsil müəssisələrində tədris ilinin əvvəlində sinif kompleklərinin müəyyənləşdirilməsi prosesində iştirak
- Ümumtəhsil məktəblərinin tədris-maddi bazasının möhkəmləndirilməsi ilə əlaqədar təkliflərin irəli sürülməsi
- İcbari ümumi orta təhsilin həyata keçirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;