Məsləhətçi Əmək münasibətlərinin normativ-hüquqi tənzimlənməsi sektoru

Bakı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • öz səlahiyyətləri daxilində əməyin ödənilməsi və əmək münasibətləri sahələrində mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların fəaliyyətini əlaqələndirmək, habelə işəgötürənlərə əməyin təşkili və ödənilməsi  işinin təşkilində köməklik göstərmək;
  •  fəaliyyət istiqamətləri üzrə təşkilatı-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək, digər dövlət orqanları, müəssisə, idarə və  təşkilatlar tərəfindən hazırlanmış hüquqi akt layihələri ilə bağlı rəy vermək;  
  •  mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlara əməyin ödənilməsi, əmək münasibətləri üzrə öz səlahiyyətləri daxilində izahatlar vermək;
  • əməyin ödənilməsi və tarif sistemlərinin təkmilləşdirilməsi, minimum əməkhaqqı məbləğinin mərhələlərlə yüksəldilməsi üzrə  təkliflər vermək;
  •  fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun baxılmasını təmin etmək;
  • hesabatların hazırlanmasında iştirak etmək;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
    • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

    Xüsusi tələblər

    • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, dövlət və ictimai münasibətlər, politologiya, riyaziyyat, hüquqşünaslıq, beynəlxalq münasibətlər ixtisasları üzrə ali təhsil
    • İş stajına dair tələblər: yoxdur
    • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
    • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;
    • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4

    Telegram kanalımız