- Nazirliyin struktur bölmələri tərəfindən hazırlanmış və ya Nazirliyə daxil olmuş normativ hüquqi aktların qanunvericiliyə uyğunluğu barədə rəy bildirilməsində iştirak etmək;
- Nazirliyin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, kollegiya qərarlarının layihələrinin hazırlanmasını təmin etmək və ya Nazirliyin struktur bölmələri ilə birlikdə onların hazırlanmasında iştirak etmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq Nazirlikdə yaradılmış komissiyalarda, işçi qruplarında və onların işində iştirak etmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq sektor üzrə şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair şöbə müdirinə təkliflər vermək;
- Nazirliyin struktur bölmələrinin fəaliyyəti prosesində qarşıya çıxan məsələlərə dair hüquqi məsləhətlər vermək, arayışlar və rəylər hazırlamaq;
- daxil olmuş ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin etmək, о cümlədən internet saytı vasitəsilə cavablandırmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;