- büdcə layihələri tərtib edilərkən qanunvericiliyə uyğun olaraq müdafiə olunan xərclərə olan tələbat barədə dəqiqləşdirilmiş məlumatları eləcə də cari və əsaslı xərclərin azaldılması, təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
- Nazirliyin Aparatının saxlanılması, büdcədənkənar vəsaitlər, sosial müdafiə və sosial təminat üzrə xərclər smetalarının tərtib edilməsində iştirak etmək;
- təsdiq edilmiş xərc smetaları üzrə vaxtında kreditlərin açılışı üçün sifarişlərin hazırlanmasında iştirak etmək;
- ştat vahidlərinin sayının planlaşdırılması, Nazirliyin struktur bölmələri üzrə ştat bölgüsünə dair təkliflər hazırlamaq;
- Nazirliyin sifarişi ilə tikilən obyektlərin layihə-smeta sənədlərinin hazırlanmasında iştirak etmək və onun maliyyələşməsi ilə bağlı təkliflər hazırlamaq;
- Nazirliyin struktur bölmələri üzrə maliyyə monitorinqinin həyata keçirilməsində iştirak etmək;
- maliyyələşmə ilə bağlı məsələlər üzrə daxil olmuş müraciətlərə baxmaq;
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;