- Nazirliyin beynəlxalq əlaqələrini inkişaf etdirmək məqsədilə digər ölkələrin müvafiq qurumları ilə aidiyyəti sahədə əməkdaşlıq yaratmaq;
- Nazirliyin fəaliyyət istiqamətləri üzrə beynəlxalq ikitərəfli müqavilələrin, o cümlədən saziş, anlaşma memorandumu, niyyət protokolu və s. sənədlərin hazırlanmasında iştirak etmək və həmin sənədləri tələb olunan dillərə tərcümə etmək;
- xaricə ezam olunan hökumət nümayəndələrinin (öncül qrup) tərkibində Nazirliyi təmsil etmək, həmçinin, bu məqsədlə xaricdən gələn xarici ölkə nümayəndə heyətləri ilə danışıqlarda və müzakirələrdə Nazirliyi təmsil etmək;
- Azərbaycan Respublikası ilə digər ölkələr arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığın vəziyyəti və inkişaf perspektivlərinə dair arayışlar hazırlamaq və həmin arayışları tələb olunan dillərə tərcümə etmək;
- xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində Nazirliyin əməkdaşlarının xarici ölkə səfərlərini təşkil etmək və səfərin nəticələrinə dair hesabatları struktur bölmələrindən tələb etmək;
- xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində Nazirlik tərəfindən dəvət edilən xarici ölkə nümayəndələrinin ölkə daxili səfərlərini təşkil etmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;