- "Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda və audit fəaliyyəti ilə bağlı digər qanunvericilik aktlarında və standartlarında nəzərdə tutulmuş qaydada və məqsədlər üçün Nazirliyin strukturlarında daxili audit yoxlamaları aparmaq;
- Nazirliyin strukturlarının fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla, bu strukturlara öz məqsədlərinə nail olmaqda köməklik göstərmək və ya məsləhət vermək;
- Mühasibat uçotunun aparılmasını və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
- Nazirliyin strukturlarının fəaliyyətinin təhlilini aparmaq üçün elektron məlumatlar da daxil olmaqla, pul vəsaitləri, daşınmaz əmlak, maddi aktivlər və s. barədə sənədləri tələb etmək;
- Maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə edilməsinin düzgünlüyünü araşdırmaq;
- Nazirliyin strukturlarında kompleks və tematik daxili audit yoxlamalarını aparmaq və nəticələrini ümumiləşdirmək, habelə nöqsana yol vermiş əməkdaşlardan və aidiyyəti şəxslərdən məlumat, arayış və izahatlar almaq və yoxlamaların nəticələri barədə materialları toplanmaq;
- Nazirliyin strukturlarında mövcud olan və yarana biləcək risklər barədə məlumatlandırmanı həyata keçirmək, o cümlədən risklərin minimallaşdırılması barədə tövsiyələr vermək;
- Daxili audit yoxlaması üçün təqdim edilmiş sənədlərin qorunması və audit sübutlarının sənədləşdirilməsində iştirak etmək;
- daxili audit yoxlamasının yekun nəticələri barədə daxili audit hesabatlarının tərtib edilməsində iştirak etmək;
- Nazirliyin strukturlarında daxili audit fəaliyyəti nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə müvafiq tədbirlərin görülməsi məqsədilə təkliflər vermək;
- Daxili nəzarət tədbirləri nəticəsində Nazirliyin strukturlarının fəaliyyətində, habelə əməkdaşlarının vəzifələrinin icrasında aşkar olunmuş nöqsan və pozuntuları xarakterlərinə görə təsnifləşdirilməsində iştirak vermək;
- Daxili nəzarət tədbirlərinin nəticələri əsasında Nazirliyin strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, habelə mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə təkliflər vermək;
- Nazirliyin strukturlarında həyata keçirilən daxili audit fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə digər dövlətlərin qabaqcıl təcrübəsinin öyrənilməsinə və bu sahədə yeniliklərin təbiqinə dair təkliflər vermək;
- qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;