Baş məsləhətçi - baş əmək müfəttişi Daxili nəzarət şöbəsi

Bakı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • öz səlahiyyətləri daxilində Xidmətin struktur bölmələri, yerli orqanları və tabeliyində olan qurumlarında daxili nəzarət tədbirləri, o cümlədən xidməti araşdırmalar aparmaq və monitorinqlər həyata keçirmək;
  • Xidmətin struktur bölmələri, yerli orqanları, tabeliyində olan qurumları və əməkdaşları tərəfindən onların xidməti fəaliyyətini tənzimləyən normativ-hüquqi və digər idarəetmə aktlarının, təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək;
  • Xidmətin struktur bölmələri, yerli orqanları və tabeliyində olan qurumlarının əməkdaşlarının əməlləri (hərəkət və ya hərəkətsizliyi) barədə daxil olmuş təqdimatların, müraciətlərın, ərizə və şikayətlərın araşdırılmasını və qanunvericiliyə uyğun tədbirlərin görülməsini təmin etmək;
  • öz səlahiyyətləri daxilində daxili nəzarət tədbirləri zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların baş vermə səbəblərini və şəraitini müəyyənləşdirmək, habelə aradan qaldırılması prosedurları barədə Xidmət rəhbərliyinə təkliflər vermək;
  • Nazirliyin struktur bölmələrində əmək və icra intizamına əməl etməyən əməkdaşlar barədə intizam tənbehi tədbirlərinin görülməsinə dair məruzə hazırlayaraq Xidmət rəhbərliyinə təqdim etmək;
  • dövlət qulluqçusunun əsas vəzifələri və dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlərə dair müddəalarının tələblərinin pozulması halları üzrə araşdırma və xidməti yoxlamalar aparmaq;
  •  Xidmətin struktur bölmələri, yerli orqanları və tabeliyində olan qurumlarının əməkdaşları tərəfindən yol verilmiş hüquqpozma halları ilə bağlı, habelə monitorinqlərin nəticələri üzrə qanunvericiliyə uyğun olaraq səlahiyyətləri daxilində müəyyən olunmuş xidməti araşdırmalar aparmaq;
  • vətəndaşların, fiziki və hüquqi şəxslərin hüquqlarının pozulduğu hallarda qanunvericiliyə uyğun tədbirlər görmək, onların hüquq və qanuni mənafelərinin gözlənilməsinə nəzarəti həyata keçirmək;
  • müvafiq hüquqi aktlarda və dövlət proqramlarında, o cümlədən Nazirliyin əmri ilə təsdiq edilmiş tədbirlər planlarında Xidmətə həvalə edilmiş tədbirlərin (tapşırıqların), eləcə də Xidmətin əmr və sərəncamları ilə təsdiq edilmiş tədbirlər planlarının və Xidmət rəisi tərəfindən verilən tapşırıqları icra etmək;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, hüquqşünaslıq, riyaziyyat, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB1

Telegram kanalımız