Baş məsləhətçi - baş əmək müfəttişi

Bakı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • əmək haqqı, əməyin ödənilməsi, əmək münasibətləri, əmək şəraiti, iş vaxtı rejimi, istirahət vaxtı,  məzuniyyət, sosial və şəxsi sığortalar, istehsalatda  baş verən  bədbəxt hadisələrdən icbari sığorta,  qadınların, əlillərin və yaşı 18-dən az olan şəxslərin əməyindən qanunvericiliyə uyğun  istifadə olunması ilə bağlı qanunvericilik aktlarının düzgün icra olunmasına dövlət nəzarətini həyata keçirmək;
  • kollektiv müqavilələrin və sazişlərin şərtlərinin yerinə yetirilməsinə və işçilərlə yaranan əmək münasibətlərinin Əmək  Məcəlləsində nəzərdə tutulmuş qaydada təmin edilməsinə nəzarəti həyata keçirmək;
  • güzəştli şərtlərlə əlavə məzuniyyət və qısaldılmış iş günü hüququ verən istehsalatların, sexlərin, peşələrin, vəzifələrin siyahısının düzgün tətbiq edilməsinə və qanunvericiliyə müvafiq olaraq əlverişsiz əmək şəraitində işləyənlərə güzəştlərin və ödənclərin verilməsinə nəzarət etmək;
  • əməyin sosial-hüquq sahəsi üzrə məsələlərin həlli istiqamətində üç tərəfli sosial əməkdaşlıq prinsipi əsasında işəgötürənlər və həmkarlar ittifaqı təşkilatları ilə qarşılıqlı əməkdaşlığa kömək göstərmək;
  • işəgötürənlərə və işçilərə əməyin sosial-hüquq məsələləri üzrə qanunvericilik aktları və onun tətbiqi barədə metodiki kömək göstərmək, eləcə də lazım gəldikdə seminarlar təşkil etmək;
  • öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün rəhbərlik qarşısında məsələ qaldırmaq;
  •  fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə Nazirliyin Aparatına və Beynəlxalq Əmək Təşkilatına hesabatların hazırlanmasında iştirak etmək;
  • Xidmətin yerli orqanlarının təqdim etdiyi hesabatlarin təhlil edilməsində iştirak etmək;
  • öz səahiyyətləri daxilində regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinə əməyin sosial-hüquq məsələləri üzrə metodiki və əməli köməklik göstərmək;
  • sektorun fəaliyyəti barədə rüblük, yarımillik, doqquz aylıq və illik hesabat hazırlamaq və eləcə də  BƏT-ə göndərmək üçün nəzarət etdiyi məsələlər üzrə respublikada olan vəziyyət barədə məlumatın hazırlanmasında iştirak etmək;
  • Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində təkliflər vermək;
  • sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq daxil olan müraciət, ərizə və şikayətlərə baxmaq, bununla bağlı müvafiq tədbirlər görmək və qanunvericiliklə müəyyən edilmiş müddətdə cavablandırmaq;
  • qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
    • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

    Xüsusi tələblər

    • Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
    • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
    • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
    • Xarici dil biliklərinə dair tələblər: yoxdur
    • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3

    Telegram kanalımız