Baş məsləhətçi - baş əmək müfəttişi 3 saylı sahə üzrə əməyin mühafizəsi məsələlərinə nəzarət sektoru

Bakı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq daxil olan müraciət, ərizə və şikayətlərə baxmaq, bununla bağlı müvafiq tədbirlər görmək və qanunvericiliklə müəyyən edilmiş müddətdə cavablandırmaq;
  • işçilərin kollektiv və  fərdi mühafizə vasitələri ilə təmin edilməsinə və onlardan istifadə olunmasına, eləcə də ağır və zərərli əmək şəraitində işləyənlərin müvafiq müalicəvi-profilaktik qida maddələri ilə təmin olunmasına və müəssisələrdə əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin təyinatı üzrə istifadə edilməsi ilə bağlı müraciətləri cavablandırmaq;
  • istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və ya yenidən qurulması zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası tələblərinə əməl olunması üzrə müraciətlərə baxmaq;
  • yenidən qurulmuş müəssisənin, obyektin, istehsal vasitəsinin Xidmət tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada sertifikat-pasport verilməsi üzrə təkliflər hazırlamaq və onların belə sertifikat-pasport verilmədən istismara buraxılmamasına nəzarəti təmin etmək;
  • sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilən işlərin təşkilində regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinə metodiki və əməli köməklik göstərmək;
  • istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatını aparmaq;
  • istehsalatda baş vermiş bədbəxt hadisələrin, bununla bağlı aparılmış təhqiqatların qeydiyyatını aparmaq, təhqiqat materiallarının saxlanmasını və surətlərinin aidiyyəti təşkilatlara göndərilməsini təmin etmək.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
    • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

    Xüsusi tələblər

    • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, politologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, neft-qaz mühəndisliyi, metallurgiya mühəndisliyi, mexanika mühəndisliyi, inşaat mühəndisliyi, nəqliyyat tikintisi mühəndisliyi, kimya mühəndisliyi, yanğın təhlükəsizliyi mühəndisliyi , sənaye mühəndisliyi, maşın mühəndisliyi, materialşünaslıq mühəndisliyi, dağ-mədən mühəndisliyi, elektroenergetika mühəndisliyi, nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisasları üzrə ali təhsil
    • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
    • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
    • Xarici dil biliklərinə dair tələblər: yoxdur
    • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3

    Telegram kanalımız