- sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq daxil olan müraciət, ərizə və şikayətlərə baxmaq, bununla bağlı müvafiq tədbirlər görmək və qanunvericiliklə müəyyən edilmiş müddətdə cavablandırmaq;
- işçilərin kollektiv və fərdi mühafizə vasitələri ilə təmin edilməsinə və onlardan istifadə olunmasına, eləcə də ağır və zərərli əmək şəraitində işləyənlərin müvafiq müalicəvi-profilaktik qida maddələri ilə təmin olunmasına və müəssisələrdə əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin təyinatı üzrə istifadə edilməsi ilə bağlı müraciətləri cavablandırmaq;
- istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və ya yenidən qurulması zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası tələblərinə əməl olunması üzrə müraciətlərə baxmaq;
- yenidən qurulmuş müəssisənin, obyektin, istehsal vasitəsinin Xidmət tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada sertifikat-pasport verilməsi üzrə təkliflər hazırlamaq və onların belə sertifikat-pasport verilmədən istismara buraxılmamasına nəzarəti təmin etmək;
- sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilən işlərin təşkilində regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinə metodiki və əməli köməklik göstərmək;
- istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatını aparmaq;
- istehsalatda baş vermiş bədbəxt hadisələrin, bununla bağlı aparılmış təhqiqatların qeydiyyatını aparmaq, təhqiqat materiallarının saxlanmasını və surətlərinin aidiyyəti təşkilatlara göndərilməsini təmin etmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;