Baş məsləhətçi - hüquqşünas (Tovuz)

Tovuz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • normativ hüquqi aktların şöbənin struktur bölmələrində tətbiqini təşkil etmək və bu sahədə onlara əməli və metodiki köməklik göstərmək;
  • şöbəyə daxil olmuş normativ hüquqi aktların layihələrinə dair rəy və təkliflər vermək; 
  • məhkəmələrdə Xidməti təmsil etmək, məhkəmə işləri ilə əlaqədar prosessual sənədləri hazırlamaq;
  • Xidmətin struktur bölmələri, yerli orqanları və tabeliyində olan qurumlar tərəfindən hazırlanmış sənədlərin, təlimatların, müvafiq tənzimləyici qaydaların, əmrlərin, müqavilə layihələrinin qanunvericiliyə uyğunluğuna dair rəy vermək;
  • öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb edilməsi və digər məsuliyyətə cəlb olunması üçün Xidmət rəisi qarşısında məsələ qaldırmaq;
  • əmək qanunvericiliyi sisteminə daxil olan münasibətləri tənzimləyən, eləcə də Xidmətin fəaliyyəti ilə əlaqədar normativ hüquqi aktların, təşkilati-sərəncamverici və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək;
  • dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən şöbəyə daxil olmuş və icrası şöbəyə tapşırılmış müraciətlərə müəyyən olunmuş qaydada baxmaq və cavablandırmaq;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş, eləcə də Xidmət haqqında əsasnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3

Telegram kanalımız