məhkəmə iclasında iştirak etmələrinə dair məktubların (bildirişlərin) işdə iştirak edən şəxslərə göndərilməsinin təmin edilməsi;
məhkəmə iclasına çağrılanlardan gələnlərin şəxsiyyətinin müəyyənləşdirilməsi, gəlməyənlərə bildirişlərin verilib – verilmədiyinin aydınlaşdırılması, onların gəlməmələrinin səbəbləri barədə əldə etdiyi məlumatların məhkəmə heyətinə çatdırılması;
məhkəmə iclasının hazırlanması və keçirilməsi ilə əlaqədar zəruri olan digər təşkilati işlərin həyata keçirilməsi;
qanunvericiliklə müəyyən edilmiş müddətdə məhkəmə iclasının protokolunun tərtib edilməsi;
icraatı başa çatmış işlərdə olan sənədlərin siyahısının tərtib edilməsi, müvafiq vəzifəli şəxsə təhvil verilməsi və s.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
İş stajına dair tələblər: yoxdur
Kompüter biliklərinə dair tələblər: MS Windows, Office, Internetdən istifadə (orta səviyyədə)
Xarici dil biliklərinə dair tələblər: yoxdur
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBB4