Aparıcı məsləhətçi Binalarda enerji səmərəliliyi sektoru

Bakı

Azərbaycan Energetika Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • müvafiq sahənin perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət və sahə proqramlarının, strategiyaların, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak;
  • müvafiq sahə üzrə tədbirlərin dairəsinin müəyyən edilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsində iştirak;
  • müvafiq sahə üzrə normativ hüquqi və texniki aktların hazırlanmasında iştirak və/və ya təkliflərin verilməsi;
  • müvafiq sahənin inkişaf dinamikasının təhlili və hesabatların hazırlanması;
  • müvafiq sahənin inkişafı üçün cəlb olunmuş müstəqil ekspertlər, o cümlədən beynəlxalq məsləhətçi şirkətlərin mütəxəssisləri ilə qarşılıqlı əməkdaşlıqda iştirak;
  • müvafiq sahə üzrə maarifləndirmə və təbliğat tədbirlərinin həyata keçirilməsində iştirak;
  • müvafiq sahədə yaradılmış işçi qruplarının fəaliyyətində iştirak;
  • sektorun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlərin görülməsi;
  • binalarda aparılan enerji auditinin nəticəsinə dair hesabatların yoxlanılması, çatışmazlıqlar və uyğunsuzluqlar müəyyən edilmiş hesabatlarla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi;
  • enerji auditorlarına ixtisas attestatının verilməsi ilə bağlı tədbirlərdə iştirak;
  • enerji auditorları və enerji auditləri üzrə təşkilatların reyestrinin vaxtında və düzgün aparılmasında iştirak;
  • binalarda enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə dinamikanın təhlil edilməsi, beynəlxalq təcrübənin araşdırılması və müvafiq təkliflərin hazırlanması;
  • sektorun fəaliyyəti ilə bağlı dövri hesabatların hazırlanmasında iştirak;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq daxil olan ərizə və şikayətlərə öz səlahiyyətləri çərçivəsində baxılması və qanunvericiliklə müəyyən edilmiş qaydada icra edilməsi;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin həyata keçirilməsi;
  • sektor müdiri tərəfindən verilən digər vəzifələrin yerinə yetirilməsi.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, mexanika, mexanika mühəndisliyi, ekologiya, ekologiya mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi , şəhərsalma, elektroenergetika mühəndisliyi, istilik energetikası mühəndisliyi, elektrik mühəndisliyi, memarlıq, inşaat mühəndisliyi, enerji maşınqayırması mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;Rus dili-B1;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4

Telegram kanalımız