- müvafiq sahənin perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət və sahə proqramlarının, strategiyaların, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak;
- müvafiq sahə üzrə tədbirlərin dairəsinin müəyyən edilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsində iştirak;
- müvafiq sahə üzrə normativ hüquqi və texniki aktların hazırlanmasında iştirak və/və ya onlara dair təkliflərin verilməsi;
- müvafiq sahənin inkişaf dinamikasının təhlili və hesabatların hazırlanması;
- müvafiq sahənin inkişafı üçün cəlb olunmuş müstəqil ekspertlər, o cümlədən beynəlxalq məsləhətçi şirkətlərin mütəxəssisləri ilə qarşılıqlı əməkdaşlıqda iştirak;
- müvafiq sahə üzrə maarifləndirmə və təbliğat tədbirlərinin həyata keçirilməsində iştirak;
- müvafiq sahədə yaradılmış işçi qruplarının fəaliyyətində iştirak;
- sektorun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlərin görülməsi;
- qanunvericiliklə müəyyən edilmiş meyarlara uyğun olan təsərrüfat subyektlərində məcburi enerji auditinin keçirilməsinə nəzarətin həyata keçirilməsində iştirak;
- təsərrüfat subyektlərində aparılan enerji auditinin nəticəsinə dair hesabatların yoxlanılması, çatışmazlıqlar və uyğunsuzluqlar müəyyən edilmiş hesabatlarla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi;
- enerji auditorlarına ixtisas attestatının verilməsi ilə bağlı tədbirlərdə iştirak;
- enerji auditorları və enerji auditləri üzrə təşkilatların reyestrinin vaxtında və düzgün aparılmasında iştirak;
- qanunvericiliklə müəyyən edilmiş meyarlara uyğun olan təsərrüfat subyektlərində enerji idarəçisinin (menecerinin) təyin edilməsi işində iştirak;
- təsərrüfat subyektlərində enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə dinamikanın təhlil edilməsi, beynəlxalq təcrübənin araşdırılması və müvafiq təkliflərin hazırlanması;
- sektorun fəaliyyəti ilə bağlı dövri hesabatları hazırlanmasında iştirak;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq daxil olan ərizə və şikayətlərə öz səlahiyyətləri çərçivəsində baxılması və qanunvericiliklə müəyyən edilmiş qaydada icra edilməsi;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin həyata keçirilməsi;
- sektor müdiri tərəfindən verilən digər vəzifələrin yerinə yetirilməsi.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;