- müvafiq sahənin perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət və sahə proqramlarının, strategiyaların, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak;
- müvafiq sahədə dövlət proqramlarının və strategiyaların icrası istiqamətində tədbirlərin həyata keçirilməsində, icrasına nəzarət və hesabatların hazırlanmasında iştirak;
- müvafiq sahə üzrə normativ hüquqi aktların hazırlanmasında iştirak;
- müvafiq sahənin inkişaf dinamikasının təhlili, təkliflərin verilməsi və hesabatların hazırlanması;
- müvafiq sahədə yaradılmış işçi qrupların fəaliyyətində iştirak;
- müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında iştirak;
- müvafiq sahənin inkişafı üçün cəlb olunmuş müstəqil ekspertlərlə, o cümlədən beynəlxalq məsləhətçi şirkətlərin mütəxəssisləri ilə qarşılıqlı əməkdaşlıqda iştirak;
- müvafiq sahə üzrə maarifləndirmə və təbliğat tədbirlərinin həyata keçirilməsində iştirak;
- şöbənin fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- sektorun vəzifələrinə aid arayışlar, məlumatlar, hesabatlar və digər aidiyyəti sənədlərin hazırlaması;
- Nazirliyin hüquqi aktları ilə müəyyən edilmiş öz səlahiyyətlərinə uyğun digər vəzifələrin həyata keçirilməsi;
- vəzifəsi üzrə sektor müdiri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;