Aparıcı məsləhətçi İqtisadi sahələrdə enerji səmərəliliyi sektoru

Bakı

Azərbaycan Energetika Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • müvafiq sahənin perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət və sahə proqramlarının, strategiyaların, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak;
  • müvafiq sahə üzrə tədbirlərin dairəsinin müəyyən edilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsində iştirak;
  • müvafiq sahə üzrə normativ hüquqi və texniki aktların hazırlanmasında iştirak və onlara dair təkliflərin verilməsi;
  • müvafiq sahənin inkişaf dinamikasının təhlili və hesabatların hazırlanması;
  • müvafiq sahənin inkişafı üçün cəlb olunmuş müstəqil ekspertlər, o cümlədən beynəlxalq məsləhətçi şirkətlərin mütəxəssisləri ilə qarşılıqlı əməkdaşlıqda iştirak;
  • müvafiq sahə üzrə maarifləndirmə və təbliğat tədbirlərinin həyata keçirilməsində iştirak;
  • müvafiq sahədə yaradılmış işçi qruplarının fəaliyyətində iştirak;
  • sektorun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlərin görülməsi;
  • təsərrüfat subyektlərində aparılan enerji auditinin nəticəsinə dair hesabatların yoxlanılması, çatışmazlıqlar və uyğunsuzluqlar müəyyən edilmiş hesabatlarla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi;
  • enerji auditorlarına ixtisas attestatının verilməsi ilə bağlı tədbirlərdə iştirak;
  • enerji auditorları və enerji auditləri üzrə təşkilatların reyestrinin vaxtında və düzgün aparılmasında iştirak;
  • təsərrüfat subyektlərində enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə dinamikanın təhlil edilməsi, beynəlxalq təcrübənin araşdırılması və müvafiq təkliflərin hazırlanması;
  • sektorun fəaliyyəti ilə bağlı dövri hesabatların hazırlanmasında iştirak;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq daxil olan ərizə və şikayətlərə öz səlahiyyətləri çərçivəsində baxılması və qanunvericiliklə müəyyən edilmiş qaydada icra edilməsi;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin həyata keçirilməsi;
  • sektor müdiri tərəfindən verilən digər vəzifələrin yerinə yetirilməsi.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
    • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

    Xüsusi tələblər

    • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, elektroenergetika mühəndisliyi, istilik energetikası mühəndisliyi, elektrik mühəndisliyi, mexanika, ekologiya, enerji maşınqayırması mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, mexanika mühəndisliyi, ekologiya mühəndisliyi ixtisasları üzrə ali təhsil
    • İş stajına dair tələblər: yoxdur
    • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
    • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;Rus dili-B1;
    • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4

    Telegram kanalımız