Məsləhətçi İstilik enerjisi sektoru

Bakı

Azərbaycan Energetika Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • isitilik enerjisi sahəsinin (bundan sonra müvafiq sahə) perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, bu istiqamətlər üzrə dövlət və sahə proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi;
  • müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələrin həyata keçirilməsi;
  • müvafiq sahəyə investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması məqsədilə tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak edilməsi;
  • isitilik enerjisi istehsalı və istehlakının proqnozlaşdırılması və balansının hazırlanması, texnoloji itkilərin hesabatının və analizinin aparılması;
  • Azərbaycan Respublikasının yanacaq-enerji balansının tərtib edilməsində və onun yerinə yetirilməsi üçün tədbirlərin görülməsində iştirak edilməsi;
  • İsitilik energetikası sisteminin subyektlərinin maya dəyəri, rentabellik məsələləri və texniki-iqtisadi göstəricilərinin analizinin aparılması;
  • müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin müəssisələrarası fəaliyyətinin əlaqələndirilməsi;
  • dövlət müəssisələri üzrə elektrik enerjisinin istehlakı limitlərinin müəyyən olunmasında iştirak edilməsi;
  • müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında, şöbənin səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsində iştirak edilməsi;
  • qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elm, texnika və texnologiyanın inkişafı və elmi-texniki nailiyyətlərin tətbiqi ilə bağlı təkliflərin hazırlanması;
  • müvafiq sahədə vəziyyətin və mövcud problemlərin təhlilinin aparılması, onların həlli yolları ilə bağlı təkliflərin hazırlanması və tədbirlərin həyata keçirılməsi;
  • müvafiq sahəyə dövlət dəstəyinin göstərilməsi, dövlət maliyyə yardımlarının ayrılması və digər güzəştlərin müəyyən edilməsi imkanlarını araşdırıb təkliflər hazırlanması, edilən yardım və güzəştlərdən təyinatı üzrə istifadə edilməsinə nəzarət edilməsi;
  • müvafiq sahənin təkmilləşdirilməsinə və rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak edilməsi;
  • yanacaq və energetika obyektlərinin tikilməsi, yenidən qurulması, qurğu və avadanlıqların quraşdırılması layihələrinin ekoloji və texniki ekspertizasının həyata keçirilməsində iştirak edilməsi;
  • enerji qurğusunun fəaliyyəti və ya hər hansı hərəkət nəticəsində ətraf mühitə və ya insanların həyat və sağlamlığına təhlükə yarandıqda, bu enerji qurğusunun istifadəsinin məhdudlaşdırılması və ya tam dayandırılması üçün şöbə müdirinə təkliflərin verilməsi;
  • müvafiq sahədə elmi-texniki nailiyyətlərin və beynəlxalq təcrübənin tətbiq edilməsi, müasir tipli texnologiyaların, avadanlıqların və cihazların tətbiqi və sınanması ilə bağlı tədbirlərdə iştirak edilməsi;
  • fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi və onların pozulmasının qarşısının alınmasının təmin edilməsi;
  • sektorun fəaliyyət  istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara, ərizə və şikayətlərə qanunvericiliyə uyğun olaraq baxılmasının təmin edilməsi;
  • müvafiq sahənin inkişafı ilə əlaqədar respublikada keçirilən yerli və beynəlxalq tədbirlərin təşkilində iştirak edilməsi, ölkə ərazisində fəaliyyət göstərən təşkilatlarla əlaqələrin yaradılması;
  • müvafiq sahədə işçilərin peşə hazırlığının artırılması üçün təşkil olunan seminarlarda, o cümlədən yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, konfranslarda və digər tədbirlərdə iştirak edilməsi;
  • müvafiq sahədə yaradılmış İşçi qrupların fəaliyyətində iştirak edilməsi;
  • müvafiq sahənin inkişafı üçün cəlb olunmuş müstəqil ekspertlərlə, o cümlədən beynəlxalq məsləhətçi şirkətlərin mütəxəssisləri ilə qarşılıqlı əmakdaşlıqda iştirak edilməsi;
  • fəaliyyət istiqamətləri üzrə rəy verilməsində, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatların  aparılmasında, analitik materialların hazırlanmasında iştirak edilməsi;
  • şöbənin iş planlarının, hesabatlarının hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi; 
  • Nazirliyin hüquqi aktları ilə müəyyən edilmiş öz səlahiyyətlərinə uyğun digər vəzifələrin həyata keçirilməsi;
  • şöbə müdiri tərəfindən verilən digər vəzifələrin yerinə yetirilməsi;
  • vəzifəsi üzrə sektor müdiri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: elektroenergetika mühəndisliyi, istilik energetikası mühəndisliyi, elektrik mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, ekologiya, ekologiya mühəndisliyi, enerji maşınqayırması mühəndisliyi, mexanika mühəndisliyi, mexanika ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;Rus dili-B1;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4

Telegram kanalımız