- Sektorun fəaliyyətinə dair sənədlərin icrasını təmin edir, hökumət və qeyri-hökumət orqanlarına və beynəlxalq təşkilatlara müvafiq məktublar hazırlayır;
- Azərbaycan ilə beynəlxalq təşkilatlar arasında energetika sahəsində mövcud olan münasibətlərə dair arayışların hazırlanmasını təmin edir;
- müvafiq sahədə beynəlxalq iqtisadi və enerji təşkilatları ilə əlaqələrin qurulması üzrə tapşırıqları yerinə yetirir;
- beynəlxalq təşkilatlarla bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı və ya beynəlxalq təşkilatlarla imzaladığı beynəlxalq müqavilələrin (anlaşma memorandumları, sazişlər, protokollar və s.) icrasına nəzarətin həyata keçirilməsi və həmin müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlərə dair tapşırıqları yerinə yetirir;
- beynəlxalq təşkilatlar tərəfindən təşkil edilən tədbirlərdə (konfrans, seminar, iclas, görüş, təqdimat mərasimi, sərgi, rəsmi və işgüzar ziyafətlər və s.) iştirak edir və tədbirlərin nəticələrinə dair rəhbərliyə hesabatlar təqdim edir;
- fəaliyyət istiqamətinə uyğun olaraq sektor üzrə şöbənin iş planının və görülmüş işlər haqqında dövrlər üzrə hesabatların hazırlanmasında iştirak edir;
- fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir;
- şöbə müdiri, şöbə müdirinin müavini və sektor müdiri tərəfindən verilən digər vəzifələri yerinə yetirir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;