- Nazirliyin Aparatının struktur bölmələri və tabeliyində olan qurumlar tərəfindən hazırlanmış hüquqi akt layihələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna dair rəylər verilməsi
- Nazirliyə daxil olan və Nazirliyin Aparatının struktur bölmələri və tabeliyində olan qurumlar tərəfindən hazırlanmış hüquqi aktların, beynəlxalq müqavilələrin, habelə Nazirliyin hüquqi aktlarının layihələrinin hüquqi ekspertizasının həyata keçirilməsi
- Nazirliyin fəaliyyəti ilə bağlı müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi
- Nazirliyin Aparatının struktur bölmələrinə və tabeliyində olan qurumlara Nazirliyin fəaliyyəti prosesində, habelə fəaliyyət istiqamətləri üzrə hüquqi yardım göstərilməsi, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlərin verilməsində iştirak edilməsi
- şöbənin fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılması
- Nazirliyin Aparatının struktur bölmələrinə və tabeliyində olan qurumlara Nazirliyin fəaliyyəti prosesində, habelə fəaliyyət istiqamətləri üzrə hüquqi yardım göstərilməsi, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlərin verilməsində iştirak edilməsi
- Azərbaycan Respublikasının məhkəmələrində Nazirliyin hüquq və qanuni mənafelərinin müdafiə edilməsi və məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların və s.) hazırlanması
- şöbə müdiri və sektor müdiri tərəfindən verilən digər vəzifələrin yerinə yetirilməsi
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;