Baş məsləhətçi - qrup rəhbəri Ətraf mühitdən istifadənin tənzimlənməsi, mətbuatla iş və ekoloji maarifləndirmə sektoru

Bakı

Ekologiya və təbii sərvətlər nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın təsviri

  • İdarənin xidməti ərazisində hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühit və təbii sərvətlərin mühafizəsi və istifadəsi sahəsində qanunvericiliyə riayət olunmasına, ətraf mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsinə, ekoloji şəraitin sağlamlaşdırılmasına yönəlmiş maarifləndirmə tədbirlərinin həyata keçirir;
  • İdarənin müsbət imicinin formalaşdırılması istiqamətində təbliğat və təşviqat işini təşkil edir; 
  • Əhalinin ekoloji maarifləndirməsi üzrə dövlət və regional proqramların işlənməsi və təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və proqramın həyata keçirilməsində iştirak edir;
  • İdarənin xidməti ərazisində ətraf mühitin ekoloji vəziyyəti, bu sahədə aşkar edilmiş nöqsan və çatışmazlıqlar, həmin istiqamətdə görülən tədbirlər haqqında KİV-ə məlumatların verilməsi məqsədilə toplanması, yoxlanması və məlumat bazasının yaradılmasını həyata keçirir;
  • Qeyri hökümət təşkilatları, xarici şirkətlərlə birlikdə ətraf mühitin mühafizəsi sahəsində keçirilən dəyirmi masa, görüşlərdə, ekologiya sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir;
  • Keçirilmiş tədbirlər zamanı əldə olunmuş məlumatların ilkin emalını həyata keçirir;
  • KİV-nin nümayəndələri ilə görüşlərin təşkil edir, İdarənin fəaliyyətinə dair məlumatlandırılmasını təmin edir;
  • KİV-də yerləşdirilməsi məqsədilə press relizlərin, ictimaiyyətə açıqlanmalı və sosial şəbəkələrdə yayımlanması üçün məlumatların hazırlanmasını, aidiyyatı üzrə ilə razılaşdırılmasını həyata keçirir;
  • Media monitorinq alətlərindən istifadə etməklə İdarənin fəaliyyəti ilə əlaqədar KİV-lərdə dərc olunmuş informasiyalara dair İdarənin rəhbərliyinə və aidiyyatı üzrə məlumat verir;
  • TV, radio və elektron informasiya vasitələrində yayımlanması üçün müsahibələrin hazırlanması, ictimaiyyətlə əlaqələrə dair tədbirlərinin formalaşdırılmasında və idarə edilməsində iştirak edir; 
  • Rəhbərlik tərəfindən ona həvalə edilmiş qanunvericiliyə uyğun digər vəzifələrin yerinə yetirir.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: təbiət ixtisasları qrupu, filologiya (dil və ədəbiyyat göstərilməklə), kitabxanaçılıq və informasiya , informasiya-təhlil fəaliyyəti, dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), ekologiya mühəndisliyi, dövlət və bələdiyyə idarəetməsi, tərcümə (dillər üzrə), jurnalistika, politologiya, sosiologiya, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən yüksək səviyyədə istifadə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;
  • Xüsusi tələblər Adobe Photoshop, İndesign, Corel Draw, Adobe İllustrator, Adobe Premiere proqramlarından istifadə edə bilən və kommunikasiya bacarıqları olan namizədlərə üstünlük veriləcək
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3

Telegram kanalımız