Mühəndis / Data Mühəndisliyi şöbəsi / Big Data və Təhlillər departamenti

Bakı

Azercell
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz: Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
  • Hibrid iş rejimi
  • Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
  • Davamlı karyera inkişafı imkanları
  • Təlim və fərdi inkişaf proqramları
  • Rəqabətli əmək haqqı
  • Bonus ödənişi
  • Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil)
  • Korporativ telefon və nömrə ilə təmin olunma
  • Limitsiz Azeronline Internet Paketi
  • Əlavə güzəşt və endirimlər
  • İş qrafiki: Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir
  • İş yeri: “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza Tbilisi prospekti, 149 Bakı, Azərbaycan
  • Telekom məlumatlarını məlumat hovuzuna daşınması
  • Fintek və BSS prosesləri üçün ETL və ELT prosedurların yazılması və nəzarəti
  • Maşınöyrənmə modelləri üçün giriş məlumatların yaradılması (feature engineering), məlumatların effektiv saxlanılması
  • Hazırlanmış məlumatların keyfiyyətinə nəzarət və versiyalaşdırılması 
  • Realzamanda məlumatların təhlil edilməsi üçün məlumat axışı prosedurların hazırlanması
  • Maşınöyrənmə modellərin yaradıması mühitinin təmin edilməsi
  • Mövcud analitik infrastruktura dəstək verilməsi, onun inkişaf etdirilməsi və yeni nəsil məlumat hovuzunun qurulması

Xüsusi tələblər

  • SQL üzrə yüksək səviyyədə biliklər
  • SAP Data Services, Airflow, DBT vasitəsi ilə ETL prosedurların hazırlanması
  • Müxtəlif növ verilənlər bazası və məlumatların saxlanılması texnologiyaları ilə tanışlıq: Cassandra, Oracle DB, Columnar Storage formatları, KeyValue məlumat saxlanılması və keşinq texnologiyaları (Redis)
  • Python üzrə proqramlaşdırma bilikləri
  • Docker və konteyner mühitində - Kubernetes iş təcrübəsi:
  • Big Data və Cloud texnologiyaları ilə tanışlıq: Hadoop, Apache Spark, Object Store tipli həllər
  • Realtime və streaming texnologiyaları ilə tanışlıq: Apache Kafka, Flink, BEAM
  • Kompüter Elmləri, Kompüter Mühəndisliyi, Riyaziyyat və ya müvafiq sahədə bakalavr dərəcəsi və ya müvafiq iş təcrübəsi
  • Magistr dərəcəsi üstünlük təşkil edir
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst, İngilis dili – sərbəst
  • Arzu olunan Bacarıqlar: Yüksək ünsiyyət və komandada işləmək bacarıqları
  • Açıq fikirli və pozitiv münasibət
  • Daima inkişaf etmək təşəbbüsünün olması
  • Yüksək motivasiyanın olması
  • Qərarvermə qabiliyyəti
  • İşləri yüksək səviyyədə icra etmək bacarığı
  • Araşdırma və müşahidə etmək bacarığı
  • Problemi həll etmək bacarığı
  • Yenilikçi və tənqidi düşünmə.

Telegram kanalımız