- Nəzərdə tutulan işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin təmin edilməsi;
- Səyyar qaydada araşdırma qaydasında illik iş planına uyğun olaraq Komitə sədrinin əmrinə əsasən yerlərə ezam olunmaqla yerli icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin şəhərsalma fəaliyyətinin araşdırılması;
- Tikintilərin Dövlət reyestrinə daxil olan məlumatların kameral araşdırılması, Komitənin səlahiyyətlərinə uyğun olaraq şəhərsalma və tikinti qanunvericiliyinə, ərazi planlaşdırılması sənədlərinin həyata keçirilməsinə mütəmadi nəzarətin aparılması və yerlərdə mövcud qanunvericiliyin pozulması hallarının aşkar edilməsi barədə sektor müdirinə yazılı məlumatların verilməsi;
- Şəhərsalma və tikinti qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin pozulması ilə bağlı daxil olan müraciətlərin (ərizə, şikayət və məktublar) araşdırılması və cavablandırılması;
- Komitə rəhbərliyinin müvafiq sərəncamları ilə yaradılmış komissiyalarda şəhərsalma fəaliyyətinə aid məsələlərin yoxlanılmasında iştirak edilməsi və s.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;