məhkəmə iclaslarında tərcüməçi qismində iştirak edilməsi, iş üzrə sədrlik edənin göstərişlərinə tabe olması, səlahiyyəti daxilində verilən tapşırıqların yerinə yetirilməsi;
cinayət işləri üzrə məhkəmə sənədlərinin şifahi və yazılı tərcümələrinin edilməsi
tərcümənin tam, düzgün və vaxtında həyata keçirilməsinin təmin edilməsi;
məhkəmə iclası protokolunun müvafiq hissəsi ilə tanış olması, tərcümənin tam və düzgün yazılmasına dair protokola daxil edilməli qeydlərin verilməsi;
tərcüməni dəqiqləşdirmək məqsədi ilə tərcümə zamanı iştirak edənlərə suallar verilməsi və s.
proses iştirakçılarına təqdim olunan sənədlərin, eləcə də məhkəmə fəaliyyəti bağlı digər sənədlərin təxirəsalınmadan, dürüst və təhrifsiz tərcümə olunmasının təmin edilməsi və imzası ilə təsdiq edilməsi;
məhkəmə baxışı zamanı xarici vətəndaşların və məhkəməyə xarici ölkələrdən daxil olmuş sənədlərin tərcüməsini etmək
iş və materiallar üzrə aşkar edilmiş hallara dair məlumatların yayılmasının təmin, habelə qapalı məhkəmə iclasında baxılmış işlər üzrə (övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira, vergi və s.) sirrlərin qorunmasına əməl edilməsi;
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: tərcümə (dillər üzrə), regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər ixtisasları üzrə ali təhsil
İş stajına dair tələblər: yoxdur
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
Xarici dil biliklərinə dair tələblər: Fars dili-B2;
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBB2