Məsləhətçi - proqramçı

Bakı

Lənkəran Ağır Cinayətlər Məhkəməsi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Informasiya texnologiyaları (lT)sahəsində dövlət orqanının siyasətini işləyib hazırlamaq. Məhkəmədə informasiya axınının üzərində nəzarəti və istiqamətləndirməni təmin etmək;
  • İT sistemin məhsuldar işləməsinə nəzarət etmək;
  • İnformasiya bazasına məlumatların toplanması məqsədi ilə Elektron Hesablama Maşınları (EHM) proqramları üçün məsələlərin  qoyulmasını və həyata keçirilməsinin  təşkil etmək, informasiya təminatının  forma və metodlarını təkmilləşdirmək, yeni informasiya texnologiyalarını tətbiq etmək;
  • informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən daxili şəbəkəsininişlək vəziyyətdə saxlanılmasını  və səmərəli istifadə olunmasını təmin etmək;
  • Şəbəkə avadanlıqlarının fasiləsiz işini və iş prosesində ortaya çıxan qayda pozuntularının aradan qaldırılmasında operativ ölçülər götürmək;
  • Elektron sənəd dövriyyəsi və işlərin idarə edilməsi sistemi ilə əlaqədar hakimlər və məhkəmə işçilərinə texniki yardım göstərmək;
  • Şəbəkənin işçi fəaliyyətinin saxlanılması üçün profilaktik tədbirlər görmək;
  • Şəbəkə xətlərinin ayrı-ayrı qurğuların sınağını və xırda təmirini (yerindəcə) yerinə yetirmək;
  • Nasazlıqların vaxtında aşkara çıxarmaq məqsədilə kompüterlərin monitorinq və diaqnostika işlərini yerinə yetirmək;
  • Yeni texniki vasitələrin təyini və tətbiqi məsələlərində iştirak etmək;
  • Şəbəkə avadanlıqlarının yenilənməsinin planlaşdırılması məqsədi ilə kompüter texnologiyaları sahəsində yenilikləri izləmək;
  • Aparat təminatının dəyişdirilməsi yeniləri ilə əvəz olunması barədə təkliflər hazırlamaq ;
  • Müəssisənin lokal şəbəkəsinin təşkilində iştirak etmək;
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB2

Telegram kanalımız