- Tikintilərin Dövlət reyestrinə daxil olan sənəd və məlumatların araşdırılması və təqdim olunmuş sənəd və məlumatların tamlığının yoxlanılması;
- Çatışmayan sənəd və məlumatlar barədə müvafiq tədbirlər görmək;
- Müvafiq sahədə yerli icra hakimiyyətlərinə və özünüidarəetmə orqanlarına metodiki köməkliyin göstərilməsi;
- Reyestrə daxil edilmiş tikinti obyeklərinin qrafiki və baza məlumat göstəricilərinin müvafiq elektron informasiya sisteminə vaxtında və düzgün daxil edilməsini təmin etmək;
- səlahiyyəti daxilində sektora daxil olan müraciətləri araşdırır və qanunvericiliyə uyğun şəkildə cavablandırır;
- Xidməti vəzifələrin icrası ilə bağlı şöbə rəhbərliyi və sektor müdirinin tapşırıqlarını yerinə yetirir.
- Komitə rəhbərliyinin müvafiq sərəncamları ilə yaradılmış komissiyalarda iş fəaliyyətinə uyğun iştirak etmək;
- Tikintilərin dövlət reyestrinin aparılması sahəsində beynəlxalq təcrübəni öyrənmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;