- Komitənin kompüter və digər informasiya daşıyıcıları üçün proqram təminatlarının, informasiya sistemlərinin, informasiya ehtiyatlarının (məlumat bazalarının) və reyestrlərin yaradılması və təkmilləşdirilməsinin təmin edilməsi;
- Elektron informasiya sistemlərinin və ehtiyatlarının yaradılması və təkmilləşdirilməsi;
- Komitənin elektron xidmətlərinin təşkili və göstərilməsi işinin təşkili;
- Komitənin internet saytlarının yaradılmasın, işlək vəziyyətdə olmasının və daimi yenilənməsinin təmin edilməsi;
- Komitənin vahid kompüter şəbəkəsinin yaradılması, tənzimlənməsi, yenilənməsi və onun fasiləsiz işinin təşkil edilməsi;
- Komitənin elektron informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi;
- Komitənin keyfiyyətli və fasiləsiz internet bağlantısı və telefon rabitəsi ilə təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi;
- Dövlət orqanının struktur bölmələri üçün proqram təminatlarının yaradılması məqsədilə sorğular keçirmək və sorğuların nəticələrini ümumiləşdirib struktur bölmənin rəhbərinə təqdim edilməsi;
- Dövlət orqanı əməkdaşlarının hazırlanmış proqram təminatlarından istifadə edə bilməsi üçün onlara mütəmadi metodiki və əməli köməkliyin göstərilməsində iştirak edilməsi; .
- Proqramlaşdırma sahəsində qabaqcıl dünya təcrübəsini araşdırmaq və tətbiqi imkanları barədə təkliflər hazırlaması;
- Şəbəkə avadanlıqlarına, kompüter texnikasına, serverlərə və digər texniki avadanlıqlara xidmətin göstərilməsində, onların texniki hissələrinin təmir edilməsində və ya dəyişdirilməsində, o cümlədən ortaya çıxan nasazlıqların müəyyən edilib dərhal aradan qaldırılması ilə bağlı zəruri tədbirlərin görülməsində iştirak edlməsi;
- Dövlət orqanının struktur bölmələri tərəfindən verilmiş sorğuların qeydiyyatını aparmaq, həmin sorğular üzrə zəruri tədbirlərin görülməsində iştirak edilməsi;
- Dövlət orqanında texnoloji vəziyyətin yaxşılaşdırılması üçün İKT sahəsində beynəlxalq təcrübəni öyrənmək və qabaqcıl texnologiyaların tətbiqi üzrə təkliflərin hazırlaması.
- Qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və xidməti məlumatların qorunmasının təmin edilməsi;
- Rəhbərlik tərəfindən vəzifəsi üzrə verilmiş digər əmr, tapşırıq və göstərişlərin yerinə yetirilməsi.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;