Məhkəmə iclasının katibi

Şirvan

Şirvan Apellyasiya Məhkəməsi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • qanunla müəyyən edilmiş müddət ərzində məhkəmə iclas protokollarının yazılmasının, imzalanmasının təmin edilməsi və s.
  • cinayət və mülki prosesual qanunvericiliyə müvafiq olaraq müəyyən edilmiş müddət ərzində məhkəmə iclasına çağırılmalı olan şəxslərə lazımi sənədlərin, bildirişlərin və çağırış vərəqələrinin göndərilməsinin təmin edilməsi
  • məhkəmə iclasına çağırılanlardan kimin gəlib-gəlmədiyini, gəlməyənlərə bildirişlərin, çağırış vərəqələrinin verilib-verilmədiyini və onların gəlməmələrinin səbəbləri barədə nə kimi məlumatların olduğunu aydınlaşdıraraq hakimə məruzə edilməsi
  • hakimin göstərişi ilə cinayət və mülki prosesual qanunvericiliyi ilə müəyyən edilmiş şəxslərin işin materialları ilə tanış olması, onlardan çıxarışlar edilməsi və surət çıxartmaq üçün şərait yaradılması
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4

Telegram kanalımız