Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • aparat rəhbərinin xidməti tapşırıqlarının yerinə yetirilməsi;
  • aparat işçilərinin işə qəbul və işdən azad olunması, dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi ilə əlaqədar, eləcə də əmək münasibətlərindən irəli gələn məhkəmənin hakimləri və aparat işçiləri ilə bağlı digər əmrlərin (məzuniyyət, ezamiyyət və sair) layihələrini hazırlayır
  • aparat işçiləri ilə bağlanılan və ya pozulan əmək müqaviləsi bildirişlərinin «Elektron hökumət» portalı üzərindən «Əmək müqaviləsi bildirişləri» altsisteminə daxil edilməsini təmin edir;
  • aparat işçilərinin şəxsi işlərinin «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən «Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları»na uyğun aparılmasını təmin edir;
  • «Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları»na əsasən Dövlət Reyestrinə dövlət qulluqçuları haqqında məlumatların daxil edilməsini təmin edir;
  • daimi dövlət qulluqçusu olan aparat işçilərinə xidməti vəsiqələrin verilməsini təşkil edir, onların uçotunu aparır, işdən çıxan dövlət qulluqçusundan xidməti vəsiqənin geri alınmasını təmin edir;
  • aparat işçilərinin işə davamiyyətinə nəzarəti həyata keçirmək məqsədi ilə davamiyyət jurnalının aparılmasını təmin edir;
  • məhkəmənin əməkdaşlarının işə davamiyyət jurnalını daim nəzarətdə saxlamaqla, hər ayın sonunda işçilərin iş gününə müvafiq əmək haqqının hesablanması üçün baş məsləhətçiyə xüsusi forma üzrə məlumat verir;
  • işçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edir;
  • aparat işçiləri tərəfindən əmək intizamına riayət olunmasına nəzarət edir
  • kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsinə dair təkliflər verir
  • vəzifəsi üzrə digər tapşırıqları yerinə yetirir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4

Telegram kanalımız