Baş məsləhətçi Maliyyə və təminat şöbəsi

Bakı

Azərbaycan Respublikası Audiovizual Şurası
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şöbəyə daxil olmuş sənədlərin (əmrlərin, məktubların, hesab fakturala və qaimələrin) icrasının həyata keçirilməsi, saxlanılması və axrivləşdirilməsi;
  • Dövlət Xəzinədarlıq Agentliyinə və banklara göndərilən ödəniş tapşırıqlarının, sifarişlərin və digər maliyyə sənədlərinin hazırlanması və baş mühasibə təqdim edilməsi;
  • Büdcə xərclərinə dair həftəlik və aylıq hesabatların hazırlanması və baş mühasibə təqdim edilməsi;
  • Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununa uyğun olaraq büdcə təşkilatlarında mal, iş və xidmətlərin satınalınmasına dair lazımi prosedurların təşkili ilə bağlı sənədlərin hazırlanmasında iştirak etmək;
  • Zəruri ödənişlərin, Əmək haqqının və tutlmaların hesablanması və icrası;
  • “İşçilərin Ezamiyyə Qaydaları” haqqında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları” haqqında qərarına uyğun ezamiyyə xərclərinin hesablanması;
  • Rüblük və illik hesabatların müvafiq İcra hakimiyyəti orqanlarına vaxtında hazırlanıb təqdim edilməsi;
  • “İctimai Sektor üzrə Mühasibat Uçotunun Beynəlxalq Standartları”na uyğun maliyyə hesabatlarının hazırlanıb təqdim edilməsi;
  • Şöbənin illik iş planına və qulluq funksiyalaına uyğun olaraq öhdəsinə düşən işlərin vaxtında icra edilməsi;
  • Əmək haqqı kartları üzrə əməliyyatların icrası (alınması, dəyişdirilməsi);
  • Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: struktur bölmənin fəaliyyət istiqamətləri üzrə 3 il iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə -orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA3

Telegram kanalımız